İşğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir
26.09.2022 [10:43]
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan dünya hərb tarixində çox az rast gəlinən bu mühüm məqamda - müharibədən sonra dərhal bərpa-quruculuq işlərinin aparılmasında da öz təcrübəsini nümayiş etdirir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri məhz 16 noyabrda Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Prezident İlham Əliyev bərpa-quruculuq işləri çərçivəsində ilk olaraq infrastrukturun yenilənməsini, yolların çəkilişini qarşıya mühüm vəzifə kimi qoydu. Həmin səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Zəfər yolu kimi dəyərləndirdiyi Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı göstəriş verildi. Zəfər yolu qısa zamanda istifadəyə verildi. Bu yolun böyük rəmzi mənası vardır. Zəfər yolu Vətən oğullarını Şuşanı işğaldan azad etməyə apardı.
Təbii ki, quruculuq işlərini sürətlə həyata keçirmək üçün ərazilərin minalardan təmizlənməsi vacib şərtlərdəndir. Dövlət başçısı hər zaman çıxışlarında bərpa işlərinin hansı zamana başa çatacağı ilə bağlı fikirlərini açıqlayarkən zamanın yeganə rəqib olduğunu bildirir. Ərazilərimizin minalardan təmizlənməsi böyük vaxt itkisidir.
Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə bu torpaqlarda görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu böyük inamla qeyd edə bilərik. Cəmi 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verildi, Zəngilan Beynəlxalq Hava Limanının yaxın zamanlarda istifadəsi gözlənilir. Qarabağ və Şərqi Zəngəzur hava qapısını dünyaya açmaqla tarixi Zəfərimizin beynəlxalq miqyasda qəbuluna öz töhfəsini verir. Prezident İlham Əliyevin Fərmanına əsasən iqtisadi rayonların yeni bölgüsünün aparılması, onların sayının 14-ə çatdırılması da işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadəni təmin etmək üçün yeni hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rola malikdir.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri mütəmadi xarakter daşıyır. Artıq hər bir bayram, tarixi gün bu torpaqlarda qeyd edilir. Şuşaya, Ağdama və Füzuliyə təşkil olunan avtobus reysləri bu torpaqlarda görülən işləri, həmçinin erməni vəhşiliklərini görmək imkanları yaradır. Zəfər yolu xalqımızı Şuşaya qovuşdurmaqla 28 illik əsarətin sıxıntılarını, bugünkü çal-çağırını tarixi sahibləri ilə bölüşməsinə şərait yaradır. Müzəffər Ali Baş Komandan hər bir səfərində bu əminliyi ifadə edir ki, bu torpaqlarda bundan sonra əbədi olacağıq.
Bərpa işlərinin daxili imkanlar, heç bir beynəlxalq maliyyə təşkilatından kredit, yardım alınmadan, ölkəmizin büdcəsi hesabına həyata keçirilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. İşğaldan azad edilən ərazilərə səfər edən hər kəs şahidi olur ki, düşmənlərimiz bu torpaqlarda daşı-daş üstə qoymayıb, şəhər və kəndlərimizi dağıdaraq yaşayış üçün tamamilə yararsız hala salıblar. Vəhşi düşmən, hətta, qəbir daşlarını belə söküb aparıb. Törədilən vəhşiliklərdən, vandalizmdən ruhdan düşməyən xalqımız Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək üçün birliyini daha da gücləndirir. Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yerlərin hamısında eyni zamanda irimiqyaslı tikinti-bərpa işləri sürətlə gedir. Müzəffər Ali Baş Komandanın bu ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Şəhərlərin Baş planları hazırlanıb. Bir qisminin isə üzərində işlər davam edir. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində, “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında yenidən bərpa edilir. Hərbi hissələr üçün binalar tikilir, yaşayış evləri, muzeylər, məscidlər bərpa olunur, infrastruktura aid olan kommunikasiyalar və digər obyektlər inşa edilir.
Bir sözlə, bərpa işlərinin uğurla həyata keçirilməsi üçün bütün qüvvə və bacarıqlar səfərbər olunub. Dövlət başçısı İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlər həyatda öz əksini tapıb. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur. Ölkəmiz yenə də Cənubi Qafqazın ən güclü dövləti statusunu qoruyub saxlayır, beynəlxalq aləmdə söz sahibidir və dünyada ən islahatçı ölkələrdən biri kimi tanınır. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycanın büdcəsi Qarabağı yenidən abadlaşdırmağa imkan yaradır. İşğaldan azad edilmiş bütün ərazilərimizin əvvəlki simasının özünə qaytarılması üçün atılan addımlar hər birimizi qürurlandırır. Görülən işlər Azərbaycan xalqının qurucu xalq olduğunu təsdiqləyir.
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

