Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
29.09.2022 [13:10]
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, SHXÇDX Zərdab rayon bölməsinin rəisi Ramin Əhmədov, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zinhar Bayramov, Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, rayon ictimaiyyəti, oxuduğu məktəbin kollektiv və şagirdlərinin iştirakı ilə şəhidimizin məzarı ziyarət olununaraq qəhrəmanın əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub. Doğulduğu tarixdə də şəhadətə yüksələn şəhidimizin 30-cu doğum günündə məzarı ziyarət olunduqdan sonra valideynləri ilə görüşülüb, qəhrəmanımızın xatirəsinə təşkil olunmuş mərasimdə iştirak edilib.
Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirsə də, hərb sənətinə olan sevgisi onun bu sahəyə üz tutmasına səbəb olub. Ağaqardaş istər uşaqlıq, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsdən fərqlənərdi. Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edərək qəhrəmanlıq göstərmişdir. Füzuli istiqamətində gedən ağır döyüşlərdə ayağından qəlpə yarası alsa da döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda, digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün çalışıb. Qəhrəmanımız 2020-ci ilin sentyabrın 28-də snayper gülləsinə tuş gələrək şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra qəhrəmanımız "3-cü dərəcəli rəşadət ordeni", "İgidliyə görə", “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhadətindən 6 ay sonra dünyaya gələn İlknur adlı qız övladı atasının necə qəhrəman olduğundan hələki xəbərsiz böyüyür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimiz hər birimiz üçün and yeri, qürur mənbəyidir.
Xəbər lenti
Hamısına baxSosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07

