/ / Qarabağın erməni əhalisinin ölkəmizdə yaşamaları üçün Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaqdan başqa yolları yoxdur
Qarabağın erməni əhalisinin ölkəmizdə yaşamaları üçün Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaqdan başqa yolları yoxdur
12.10.2022 [11:20]
Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada təşkil olunmuş “Avropa siyasi birliyi” Zirvə Toplantısına Azərbaycanın dəvət olunması ölkəmizin Aİ ölkələri ilə əməkdaşlıq perspektivlərinin getdikcə genişləndiyindən xəbər verir. Cənab Prezident İlham Əliyevin Praqaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı keçirdiyi görüşlərdən sonra Praqada Azərbaycan telekanallarına verdiyi müsahibəsində qeyd etdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasına doğru ciddi addımlar atılıb. Bununla belə möhtərəm Prezidentimiz Ermənistanın ölkəmizə qarşı hələ də terror siyasəti yürütməkdən əl çəkmədiyini vurğulayıb. Məlumdur ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən Azərbaycan torpaqlarında azı 1400 mina basdırılıb. Bu danılmaz fakt Ermənistan hökumətinin hərbi cinayətlərinin davam etdiyini isbatlayır. Əlbəttə ki, rəsmi İrəvanın bu addımları Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərilən səylərə zərər gətirir. Vətən müharibəsi başa çatdıqdan sonra 250-dən çox azərbaycanlı minaların partlaması səbəbilə ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır.
Lakin minaların basdırılması yeganə cinayət deyil. Bu günə qədər erməni silahlı birləşmələri hələ də bizim torpağımızdan tam çıxarılmayıb. Azərbaycan hələ ki, təmkin nümayiş etdirir. Lakin bu uzun müddət davam edə bilməz. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır və bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir.
Azərbaycan Ermənistana sülh təklif edib. Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır və sazişin mətni üzərində iş bu prinsiplər əsasında təxirə salınmadan başlamalıdır. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, Azərbaycanın xoşməramlı təşəbbüsləri heç də asan irəliləmir. Bununla belə müsbət tendensiya da müşahidə olunmaqdadır. Dövlətimizin başçısı da öz müsahibəsində vurğuladı ki, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar. Vacib məqamlardan biri də budur ki, Azərbaycan tərəfindən elan edilən beş prinsipə qarşı heç bir tərəfdən etiraz və suallar yoxdur.
Həmçinin cənab Prezident İlham Əliyev öz müsahibəsində Qarabağda yaşayan ermənilər məsələsi ilə bağlı da dövlətimizin qəti mövqeyini bir daha ifadə etmişdir. Dövlətimizin başçısı birmənalı olaraq bildirmişdir ki, həmin insanlar bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını Azərbaycan hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil. Bu, bizim daxili işimizdir və bütün Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Azərbaycan hökuməti Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırır. Belə əlaqələr artıq müəyyən müddətdir ki, təcrübə olunur və bu, hələlik Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

