Türk dünyasının birliyinə töhfə
18.10.2022 [12:49]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Qırğızıstan və Azərbaycan arasındakı diplomatik əlaqələrin yaradılmasının 30-cu ili tamam olacaq. Azərbaycan və Qırğızıstan arasında 1993-cü il yanvarın 19-da qurulan ilk diplomatik əlaqələrin sonrakı illərdə dostluq və tərəfdaşlıq münasibətləri çərçivəsində daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Azərbaycan və qırğız xalqlarını tarixi dostluq əlaqələri birləşdirir. Böyük tarixə malik olan bu əlaqələr zaman-zaman inkişaf edərək özünün müasir inkişaf səviyyəsinə çatıb. Bu gün Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır.
Diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu münasibətlərə daimi qarşılıqlı etibarın mövcudluğu, ikitərəfli maraq kəsb edən bir çox aktual beynəlxalq və regional məsələlər üzrə mövqelərin yaxınlığı və ya onların tam üst-üstə düşməsi xarakterikdir.
11 oktyabr 2022-ci ildə Qırğızıstana rəsmi səfərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanda yüksək səviyyədə qarşılanıb. Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıması ilə bərabər eyni zamanda səfərin gündəliyi kifayət qədər zəngin olub. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər də olduqca böyük əhəmiyyət daşıyır. Keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Azərbaycan və Qırğızıstan prezidentləri iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin artırılmasının zəruriliyini gündəmə gətiriblər. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.
Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumda ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu sahələrdə, eləcə də KOB-larla bağlı həyata keçirilən tədbirlər, təcrübə və onlara göstərilən xidmətlərlə bağlı məlumat mübadiləsi, biznes missiyaların təşkili, qarşılıqlı olaraq iş adamları arasında ikitərəfli əlaqələrin inkişafına, biznes tərəfdaşların tapılmasına və əməkdaşlıq platformalarının yaradılmasına dəstəyin göstərilməsi kimi məsələlər nəzərdə tutulur.
Prezidentin səfəri zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək. Əlavə olaraq Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Artıq strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan yeni hədəflərə doğru birgə addımlayır. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Bu mənada Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı perspektiv inkişafın möhkəm təməlini təşkil edir. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb. Bütün bunlar Azərbaycan-Qırğızıstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Ölkələrimiz strateji tərəfdaş olmaqla yanaşı münasibətlərini tarixi köklərə istinad edərək daha da gücləndirir.
Əminik ki, iki qardaş ölkə arasında yaranmış həqiqi dostluq münasibətləri, sıx əməkdaşlıq və ehtiram, eləcə də sülhün, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi ölkələrimizin maraq dairəsi çərçivəsində daha da inkişaf edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49

