Türk dünyasının birliyi, həmrəyliyi əbədidir
19.10.2022 [10:52]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
“Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü, fikrimcə, bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.” Dövlət başçısı İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söylədiyi bu fikirlər təkcə Azərbaycan-Qırğızıstan münasibətlərinə deyil, ümumilikdə türk dünyasında Azərbaycanın möhkəmlənən mövqeyinə işıq saldı. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri zamanı imzalanan iki ölkə arasında strateji tərəfaşlıq haqqında Bəyannamə artıq real həyatda özünün müsbət nəticələrini verməkdədir.
Türkdilli dövlətlər ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malikdir. Azərbaycan dövləti hər zaman türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfələr verməyə çalışır. Bişkekdə ulu öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan iki məktəbin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı, həmçinin diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması, 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığın əldə olunması və sair bu fikri böyük əminliklə qeyd etməyə əsas verir ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı çox müsbət olacaq. Qırğızıstan Prezidenti bu çağırışı da etdi ki, Azərbaycan investorlarının Qırğızıstana gəlişinə şad olarıq və iqtisadi sahələrdə əməkdaşlığa hazırıq.
Azərbaycan hər zaman türk dünyasının birliyinin möhkəmləndirilməsinə səy göstərib. Bircə faktı qeyd etmək kifayətdir ki, dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda Azərbaycan COVID-19-u qlobal problem kimi qəbul edərək bu istiqamətdə əhəmiyyətli addımların atılması təşəbbüslərini irəli sürərkən ilk olaraq türk dünyasının birliyinin vacibliyini qeyd etdi. Türk Şurasının Zirvə Topantısı keçirildi. Ümumilikdə Azərbaycanın quruma sədrliyi dövrü münasibətlərin sürətlə inkişafına xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyevin ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bütün məqamları özündə ehtiva edir.
Bu mühüm məqam da xüsusi edir ki, Azərbaycan-Qırğızıstan münasibətlərində əməkdaşlıq amili beynəlxalq təşkilatlar çərçivəsində birgə addım atmaq və səmimi qarşılıqlı dəstəyə əsaslanır. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, inteqrasiya prosesinə fəal töhfə verir. Tarixi ənənələrimiz, əcdadlarımızdan bizə miras qalan dəyərlərə söykənərək xalqlarımızın nadir mədəniyyət nümunələrini qoruyub saxlaması başlıca amil hesab edilir.
Qırğızıstanın ardınca Qazaxıstana edilən səfər də bir çox məqamları ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında və həmçinin MDB Dövlət Başçıları Şurasının iclasında bir daha həqiqətləri diqqətə çatdırdı. Ermənistan postmünaqişə dövründə də təxribatlardan əl çəkmir. Hər iki iclasda artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən geniş bəhs edildi.
İkitərəfli əlaqələrin dərinləşməsi əməkdaşlığın yeni prioritetlər üzrə inkişafına geniş imkanlar açır. Türk dünyasının birliyi, həmrəyliyi əbədidir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

