Bu günQubadlı özünün yeni inkişaf dövrünü yaşayır
25.10.2022 [11:31]
31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunarkən Qubadlı rayonundan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. İşğal dövründə rayonun bütün yaşayış məntəqələri, evlər, inzibati binalar, sosial obyektlər, mədəniyyət obyektləri, məscidlər, körpülər, həmçinin, bütün infrastruktur tamamilə yerlə-yeksan edilib.
Qubadlıda mövcud olmuş 13160 hektar meşə sahəsi belə işğal dövründə məhv edilmişdir. Ermənistan Qubadlı rayonunda misilsiz vandalizim aktları ilə yanaşı müharibə cinayətləri də törətmişdir. Belə ki, xaricdən gətirilən ermənilər rayonun Xanlıq kəndində qanunsuz yollarla yerləşdirilmişdilər. Bu isə, Cenevrə konvensiyalarına görə müharibə cinayətidir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş hesab olunur. Qubadlı rayonu 27 il iki ay erməni işğalında qaldı. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin 28-ci günü 44 günlük hərbi əməliyyatların gedişatında növbəti əhəmiyyətli dönüş nöqtəsi oldu və Qubadlı azad edildi. Rayonun azad edilməsi əməliyyatı bir neçə gün çəkmişdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Həmçinin, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürüldü və 25 oktyabr tarixində şəhər işğaldan azad edildi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edən bir əməliyyat olmuşdur. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qubadlı şəhərinə səfəri çərçivəsində Qubadlı şəhərinin Baş planı ilə tanış olublar. Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin "S.A.Partners" şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin, ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək.
Bu gün Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev 3 dəfə Qudadlı rayonuna səfər etmiş və 23 dekabr 2020-ci il tarixdə ilk səfəri zamanı Dövlət Bayrağını şəhər ərazisində ucaltmışdır. Ölkə başçısı 25 oktyabr 2021-ci tarixdə növbəti səfəri zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Üçüncü səfər isə, bir neçə gün öncə, oktyabr ayının 19-da olmuşdur. Səfər zamanı Prezident cənab İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuşdur. İşğal və Zəfər muzeyləri kompleksinin, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının, həmçinin, Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir.
Bütün bunlar göstərir ki, Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Artıq, Şuşada, Füzulidə, Zəngilanda görülən işlər bunu deməyə əsas verir. Beynəlxalq hava limanlarının tikintisi və Füzuli və Zəngilanda Beynəlxalq Hava Limanlarının açılışı Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bu, Azərbaycanın gücünün göstəricisidir. Hərb meydanında sözünü deyən Azərbaycan, bu gün quruculuq meydanında da imza atdığı layihələri ilə sözünü deyir və hər reallaşan layihələr Qubadlının işıqlı gələcəyindən xəbər verir...
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

