/ / Suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında aparılan müzakirə
Suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında aparılan müzakirə
04.11.2022 [11:26]
Məlum olduğu kimi, Qarabağ münaqişəsi 44 günlük uğurlu hərbi əməliyyatların və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması nəticəsində öz həllini tapıb. 31 oktyabr 2022-ci il tarixdə Soçiyə səfəri zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə Prezident İlham Əliyev ilk olaraq bu məsələyə diqqət çəkdi. Qarabağ münaqişəsinin tarixdə qaldığını, bundan sonra isə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün addımlar atmağın vaxtı olduğunu vurğuladı. Azərbaycan və Rusiya Prezidentləri arasında keçirilən görüşlər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsip irəli sürüb. Azərbaycanın irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa tamamilə uyğundur və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsi iki il öncə həll olunduğu üçün burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, çox ciddi addımlar tələb edən formatdır. Soçidə keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşdə Prezident İlham Əliyev öz qətiyyətli mövqeyi ilə Azərbaycanın milli maraqlarını növbəti dəfə qorudu. Bunu üçtərəfli görüşün sonunda qəbul edilmiş Bəyanatın mətni də təsdiq edir. Bəyanatdan aydın olur ki, Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur.
Ümumiyyətlə, Bəyanatda Qarabağla bağlı heç bir müddəa keçmir, çünki, Qarabağ artıq, Azərbaycanın daxili işidir. Bəyanata əsasən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması nəzərdə tutulub ki, bunun üçün də beynəlxalq hüquq və normalara sadiqlik əsas götürülür. Azərbaycan hər zaman beynəlxalq hüquq və normalara sadiqlik nümayiş etdirir, çünki ölkəmiz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, eləcə də, əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Soçi Bəyanatında da Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olunur. Bu da, təbii ki, Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir. Ermənistanın bir sıra iddialar səsləndirməsi isə, bu bəyanatın nəticəsi olaraq puç oldu. Bəyanatda diqqət çəkən məqamlardan biri də humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşmanın əldə olunmasıdır.
Məhz, Soçi Bəyanatında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğunun öz əksini tapması dövlətimizin başçısının mövqeyinin üçtərəfli görüşdə həlledici rol oynadığını sübut edir. Bunun üçün də mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam etdiriləcək və Rusiya Federasiyası prosesə hər vasitə ilə kömək göstərəcəkdir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58

