Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır
10.11.2022 [10:17]
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Keçirilən hər bir beynəlxalq tədbir iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərin birləşdirilməsi vacib amil kimi önə çəkilir ki, bu da öz növbəsində hər bir ölkənin təcrübəsini, inkişaf modelini ortaya qoymasını tələbə çevirir. Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı da özündə bir sıra çağırışları ehtiva etdi.
Azərbaycanın xarici siyasət uğurları göz önündədir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Bir mühüm reallığı da xüsusi qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. Dövlət başçısı Sammitdə qurumun sədri kimi iştirak etdiyini önə çəkərək, bəzi məqamlara diqqəti yönəltdi. Vurğulandı ki, 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və bütün üzv dövlətlərin yekdil səsi ilə seçilib. Bu da ölkəmizin mövqeyinə və siyasətinə yüksək dəstəyin və rəğbətin nümayişidir. Azərbaycanın quruma sdrlik müddətinin üzv dövlətlərin yekdil qərarı ilə 2023-cü ilin sonuna qədər uzadılması bir daha dövlətimizin həyata keçirdiyi siyasətə qiymətin bariz nümunəsidir.
Nəzərə alaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi dövrə təsadüf edir. Xatırlasaq ilk vaxtlarda, hətta inkişaf etmiş ölkələrdə belə durğunluq, özünəqapanma halları müşahidə edildi. Azərbaycan problemin qlobal xarakter daşıdığını bəyan edərək birgə tədbirlərin həyata keçirilməsinə çağırış etdi. Ölkəmizin istər daxildə, istərsə də beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlər təqdir edildi.
Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərdi. Bu faktın özü Azərbaycanın yalnız özünü deyil, digər ölkələri də düşündüyünü, yaranan vəziyyətdən çıxmaları üçün həm maddi, həm də mənəvi dəstək göstərməyə hazır olduğunu təsdiqlədi. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. 2020-ci ilin dekabrında keçirilən və COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının Xüsusi Sessiyasının təşəbbüskarı da Azərbaycan oldu. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.
Pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Hətta inkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər. Amma resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Beləliklə, Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı və bu, Qoşulmama Hərəkatının da Azərbaycanın mövqeyinə dəstəyini gücləndirdi.
Ümumilikdə dövlət başçısı İlham Əliyevin təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu təşəbbüslər bir-birinə əks qütbləri bir araya gətirərək koronavirus infeksiyası ilə birgə mübarizədə öz sözünü dedi. Bu kimi mühüm addımlar onu göstərir ki, son 19 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Cənab İlham Əliyevin gələn ilin martında Qoşulmama Hərəkatının Sammitinin keçirilməsinin planlaşdırıldığını vurğulayaraq Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını həmin tədbirdə iştirak etməyə dəvət etməsi də dostluğumuzun nümunəsi, Azərbaycana hörmətin və etimadın təsdiqidir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

