Türk dünyası qlobal inkişaf perspektivində aparıcı qüvvəyə çevrilir
21.11.2022 [10:19]
Türk dövlətləri birliyinin ən yüksək səviyyəli platforması olan Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşləri bu birliyin gücləndirilməsinə və inkişaf etdirilməsinə xidmət edən uğurlu siyasi formatdır. Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Sammitində çox mühüm qərarlar qəbul edilib, önəmli mesajlar verilib. Liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə etmiş, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi apardılar. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı türk dünyasının coğrafi sərhədləri, bu cöğrafiyada yaşayan türklərin və o, cümlədən azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə və digər qlobal məsələlərə münasibətdə bütün diqqətləri özünə cəlb etdi.
Türk dünyasının birliyi ideyası, türk milli dövlətlərinin vahid siyasi və mədəni mövqedən çıxış etmək strategiyası bu gün Azərbaycanda, Türkiyədə və digər qardaş türk respublikalarında həm siyasi hakimiyyət, həm də ictimai-humanitar səviyyələrdə aktuallaşmaqdadır. Təbii ki, böyük və müstəqil dövlətçilik təcrübəsi olan, ən çətin dövrlərdə belə birlik ideologiyasını qoruyub inkişaf etdirmiş Azərbaycan və Türkiyə respublikalarında birlik ideyası və konsepsiyası daha möhkəm təməllərə və özünügerçəkləşdirmə gücünə malikdir. Bu siyasət Azərbaycanda və Türkiyədə müasir dünya reallıqlarına uyğun olaraq aparılır. Hazırda bir çox iqtisadi, siyasi, mədəni layihələrin həyata keçirilməsi məhz bu iki dövlətin həmin strategiya əsasında ardıcıl səy və qətiyyət göstərməsi nəticəsində mümkün olur.
Beynəlxalq siyasətdə güc amilinin önə çıxması, bu gücün formalaşmasında, eyni zamanda, sabitliyin qorunub saxlanması zərurəti açıq-aydın göstərir ki, türk sivilizasiyasına mənsub olan dövlətlər yalnız vahid mövqedən çıxış etməklə qloballaşma prosesində güc mərkəzi kimi özünü təsdiq edə bilər.
Bu baxımdan beş türk respublikasının - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın müstəqilləşməsindən sonra onların Türkiyə ilə çiyin-çiyinə verərək birgə addımlaması və yeni nəsil dünya dövlətləri sırasında özlərinə layiqli yer alması mütərəqqi bir hadisədir.
Böyük türk dünyasını yenidən və daha möhkəm əsaslar üzərində birləşdirməyə yönələn fəaliyyətlərin meydanı keçən əsrin son onilliyindəki müstəqilləşmə hərəkatının davamı və suveren türk respublikalarının beynəlxalq birlikdə özünütəsdiq zərurəti kimi ildən-ilə genişlənir.
Tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinin sahibi olmuşlar. Bu gün qloballaşan dünyada türkün sarsılmaz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün onun birliyinin bərpa olunmasına ciddi ehtiyac var. Qırx dörd günlük Vətən müharibəsi bir daha Azərbaycan –Türkiyə birliyinin timsalında türkün gücünü və yenilməzliyini bütün dünyaya göstərdi.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20

