Böyük qayıdış və yeni reallıq
24.12.2022 [11:54]
Bildiyimiz kimi, bu gün, dövlətimiz və xalqımız artıq müharibədən sonrakı dövrə köklənmişdir. Cənab Prezidentimizin də dediyi kimi: «Bizim planlarımız böyükdür. Artıq, müharibə başa çatıb, amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra, bu torpaqları tezliklə bərpa edəcəyik. Mən demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam».Bəli, indi Azərbaycanın prioriteti Qarabağa qayıdışdır. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar yenidən qurulacaq, 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Böyük Qayıdışı təmin edəcək layihələrin icrasına isə, artıq, başlanılıb. Söhbət işğaldan azad olunmuş ərazilərdə bütün istiqamətlər üzrə infrastrukturun yenidən qurulmasından gedir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir, layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin,rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb olunmasını təmin edəcək. Bu Fondun yaradılması təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətlidir. Əgər müharibə günlərində xalqımızın birlik rəmzi olan “dəmir yumruq” hamını birləşdirib düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları Qarabağın dirçəldilməsi ətrafında yenidən birləşdirir. İnsanlarımızın həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə, maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər Qarabağın bərpasında, yenidənqurulmasında paylarının olması ilə fəxr edəcəklər. Tarixən belə olub: əsgər canı, qanı, digəri əməyi, başqa birisi maddi vəsaiti, sözü ilə Vətənə və dövlətə xidmət edib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz artıq, öz sözünü deyib. İndi söz bütün xalqındır. Cənab İlham Əliyevin liderliyi ilə Qarabağın dirçəldilməsi çox qısa müddətdə təmin olunacaq. Bu prosesin tez başa çatması bizim də iştirakımızdan əhəmiyyətli dərəcədə asılıdır.
Adını böyük qayıdış möhtəşəm qayıdış, tarixi qayıdış və hər necə qoyuruqsa, qoyaq məsələnin mahiyyətində Azərbaycanın qələbəsi, ordumuzun qüdrəti, el birliyi ilə hamımızın qazandığımız Zəfərimiz durur. Bu qayıdışı bütün Azərbaycan xalqı həsrətlə gözləsə də, bir kəsim var ki, onlar üçün bu qayıdış evinə, çölünə, düzünə, məzarlığına qayıdışdır. Biz bunu bacardıq, qayıdırıq. Asanlıqla deyə bildiyimiz bu qayıdış asanlıqla başa gəlmədiyi kimi, asanlıqla da həyata keçmir. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Bu qələbəni xalqımıza yaşadan, ərazi bütövlüyümüzü bərpa edən ölkə Prezidenti, cənab İlham Əliyevin Qarabağın yenidən qurulması ilə bağlı planları böyükdür. Artıq, Şuşa məsələsində xalqımız gördü ki, cənab Prezident azad olunmuş torpaqların yenidən qurulmasına necə dərin həssaslıqla yanaşır. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün əraziərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq, Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaq...
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07

