/ / Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi 2023-cü ilin ilk mühüm tarixi-siyasi hadisəsi oldu
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi 2023-cü ilin ilk mühüm tarixi-siyasi hadisəsi oldu
13.01.2023 [12:02]
“Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın cari sosial-iqtisadi və siyasi-hərbi uğurları, bu sahələrdə həyata keçirilən işlər, qarşıda duran vəzifələr, eləcə də enerji təhlükəsizliyi, regional və qlobal geosiyasi vəziyyət barədə fikirlərini bildirib, həm ölkə, həm də dünya ictimaiyyəti üçün çox dəyərli təhlillər aparıb. Müsahibəni dinləyən hər bir kəs dünyada baş verən proseslərin hansı istiqamətdə getdiyini, Azərbaycanın bu narahat geosiyasi şəraitdə necə sabit mövqe tutduğunu, yeni dünya düzəni ərəfəsində milli maraqların müdafiə olunmasının son dərəcə əhəmiyyətliliyini dərk etmiş olur, xüsusilə də, Azərbaycanın Ermənistanla münasibətlərinə dair konkret mövqeyinin və ölkəmizin əldə etdiyi parlaq Zəfərin ləkələnməsinə çalışan qüvvələrin məkirli oyunlarının ifşasının şahidi olur. Bu və digər amilləri nəzərə alaraq bir daha qeyd etmək olar ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi 2023-cü ilin ilk mühüm tarixi-siyasi hadisəsi oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə təhdid olanların da cavabını verib, mühüm mesajlar ötürüb: “Heç şübhəsiz ki, bu mesaj ilk növbədə Azərbaycanın “dəmir yumruğunu” dadmış, ağır məğlubiyyətə düçar olmuş Ermənistana oldu. Ermənistan anlamalıdır ki, bu gün daha da pis vəziyyətə düşməməsinin əsas səbəbi Azərbaycanın regionda sülh və əməkdaşlıq tərəfdarı olmasıdır. Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycanın sülh çağırışlarına adekvat cavab verməsə, yenidən revanşist xülyalara düşsə, havadarlarına arxalanıb danışıqlar prosesini süni şəkildə uzatmağa cəhd etsə, o zaman 2020-ci ildəki məğlubiyyətdən daha ağır vəziyyətlə üzləşəcəklər. Unutmamalıdırlar ki, Vətən müharibəsinə qədərki dövrdə də Ermənistan rəhbərliyi danışıqları bilərəkdən uzadır, məsuliyyətsiz bəyanatlar səsləndirir və vəziyyəti gərginləşdirirdilər. Lakin sonda nəticə yenə də Ermənistan üçün ağır oldu. Azərbaycan tarixi torpaqlarını siyasi-hərbi gücü ilə azad etdi, Ermənistana da böyük zərbələr vurdu. Yəni, Ermənistan rəhbərliyi yenidən eyni aqibəti yaşamağı öz ölkəsi üçün arzu edirsə, buyurub davam etsinlər. Əslində, Ermənistanın Fransa, Hindistan, İran kimi havadarlarına arxalanması da onları düşdükləri vəziyyətdən xilas edə bilməyəcək. Əgər Rusiyanın və başqa ölkələrin hesabına 30 ildə topladığı silah-sursat Vətən müharibəsində Ermənistanın köməyinə çatmadısa, bu gün hansısa yardımlar onu xilas edə biləcəkmi? Əlbəttə ki, yox. Ona görə də, Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin son bəyanatlarından dərs çıxarmalı, hətta onu son xəbərdarlıq kimi də qəbul etməlidir. Aydın şəkildə başa düşməlidir ki, 2023-cü il son tarixidir”.
“Prezident İlham Əliyevin Laçın-Xankəndi yolunda ekoloji tələblərlə dinc aksiya keçirən gənclərə təşəkkürünü bildirməsi, onlarla fəxr etdiyini deməsi isə bütün Azərbaycan gəncliyi üçün bir mükafat oldu” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyev həmin gəncliyin timsalında ölkənin və xalqın milli maraqlarının müdafiə edilməsinin daha bir nümunəsini təqdim etdi: “İstər 44 günlük Vətən müharibəsində şəhid, qazi, veteran olmuş, istərsə də bu gün Laçın-Xankəndi yolunda Azərbaycanın milli maraqlarının müdafiəsi naminə dinc aksiya keçirən gənclər Prezident İlham Əliyev idarəçiliyi dövrünün yetirmələridir. Onlar Prezident İlham Əliyevin hakimiyyəti dövrünün təhsilini, tərbiyəsini alıblar, vətənpərvər böyüyüblər. Heç şübhəsiz ki, bu gənclik Prezident İlham Əliyevin Azərbaycanın güclənməsi, milli maraqlarının qorunması və təmin olunması sahəsində misilsiz xidmətlərini əxz etməklə, şüuraltına toplamaqla bu gün onun reallığa çevrilməsinə səbəb olurlar. Təsadüfi də deyil ki, onun idarəçiliyi dövrünün yetirmələri olan vətənpərvər gəncliyə təşəkkürünü bildirən Lider onlarla fəxr etdiyini dilə gətirir. Bu isə artıq dövlətçilik tariximizin yeni şanlı səhifələrini təşkil edir”.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

