Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
22.04.2011 [09:29]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə məktəblilər arasında inşa olimpiadasına start verilib. Olimpiadanın açılış mərasimində çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycanın yaranmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən M.Abasquliyeva əlavə edib ki, gənclər Ulu öndərimizin zəngin irsini dərindən öyrənməlidirlər.
“Ulu öndər Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən xalqımız üçün misilsiz xidmətlər göstərib. Bir sözlə, Azərbaycanın inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır” - deyə, o vurğulayıb. M.Abasquliyeva bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, faktiki olaraq dərin böhran içərisində idi. Onun sözlərinə görə, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və başladığı işğalçı siyasət torpaqlarımızın qəsb olunması ilə nəticələndi. Belə bir şəraitdə Azərbaycan dərin böhran keçirirdi. “Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən xalq öz liderini-Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Bundan sonra isə Azərbaycanda iqtisadi inkişafın əsası qoyuldu” - deyə o, qeyd edib.
Rayon təşkilatının sədri çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və bu gün ölkəmizin dinamik inkişafı məhz bu strategiya əsasında reallaşır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan hər bir sahədə ciddi nailiyyətlər əldə edir.
Gənclərə Ulu öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edən M.Abasquliyeva bu irsin gələcək nəsillər üçün faydasından da ətraflı bəhs edib. O nümunəvi, yaxşı oxuyan şagirdlərin gələcəkdə YAP-ın sıralarına qoşulacağına inandığını deyib. çünki YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün hər cür şərait yaradır.
Qeyd edək ki, inşa olimpiadasında 60 məktəbli iştirak edir. İnşa olimpiadasının mövzusu üç istiqamətdədir: “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, sarsılmazdır”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Dünyanın zənginliyi bənzərsiz şəxsiyyətlərindədir”.
İnşa olimpiadasının qalibləri YAP Sabunçu rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Həmsöhbətimiz olan məktəblilər də Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olimpiadada iştirak etməkdən qürur duyduqlarını vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11

