Azərbaycan bu gün qitənin etibarlı elektrik enerjisi təchizatçısıdır
17.02.2023 [17:07]
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Müstəqil Azərbaycanın uğurlu siyasəti onu regionun lider dövlətinə çevirməklə yanaşı, həmçinin irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı kimi tanıdıb. Regional gücə çevrilən Azərbaycan dövləti ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlara imza atıb. Bütövlükdə Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizinin təşəbbüskarı olan Azərbaycan bu gün qitənin etibarlı elektrik enerjisi təchizatçısı rolunu oynayır. Zəngin təbii enerji resurslarına sahib olması Azərbaycanın enerji təhlükəsizliyi sahəsində dünya ölkələri arasında vacib aktor kimi çıxış etməsinə geniş imkan yaradır. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, səmimi dostluq münasibətində olan dövlətdir.
Prezident İlham Əliyevin ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı öz qətiyyəti və səmimiyyəti ilə yadda qalıb. Dövlət başçısının mərasimdə iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in İtaly” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətinə göstərdiyi yüksək səmimiyyət və qonaqpərvərlik bir daha dövlətimizin siyasi əlaqələrlə yanaşı səmimi dostluq əlaqələrinin inkişafına xüsusi önəm verdiyini göstərdi. Bu Azərbaycandan dünyaya növbəti dostluq ismarıcı idi. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Azərbaycanın ən vacib saydığı layihələri İtaliya şirkətlərinə həvalə etməsi əlaqələrin dərinliyinin və səmimiyyətin göstəricisidir. Azəbaycan - İtaliya münasibətləri strateji xarakter daşıyır. Dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Hazırki elektroenergetika layihələri güclü-siyasi əlaqələrin təməlini daha da qüvvətləndirdi. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya Sovet dövründə Cənubi Qafqazın ən böyük istilik –elektrik stansiyası sayılırdı. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Keçid dövründə elektrik stansiyasına baxımsızlıq və istismar müddətinin başa çatması əlavə problemlərə səbəb olurdu. Buna görə də prezident İlham Əliyevin tapşırığı ilə hər birinin gücü 300 meqavat olan 8 bloklu “Azərbaycan” İstilik-Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Stansiyanın ömrü ən az 20 il uzadılıb, təhlükəsizliyi təmin edilib.
Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Sadəcə olaraq, müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.
Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50

