Zəngəzur dəhlizi vacib nəqliyyat arteriyasına çevriləcək
11.05.2023 [11:46]
Cari ilin may ayının 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda iştirak edib. Konfransın Şuşada keçirilməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Bu gün Şuşa azaddır.
Cənab Prezident İlham Əliyev çıxışında bir sıra önəmli məsələlərə toxunub, bunlardan biri Zəngəzur dəhlizi ilə bağlı olub. Cənab Prezident bildirib ki, “Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır". Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin böyük potensialı var: "Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər".
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir.
Zəngəzur dəhlizi Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş mənada region üçün strateji əhəmiyyətə malikdir.
44 günlük müqəddəs savaşda Azərbaycanın möhtəşəm qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını ortaya qoymuşdur. Artıq bir çox Asiya ölkəsi bu yeni imkanların fərqindədir. Xüsusilə bu zaman Mərkəzi Asiya ölkələri yeni bazarlara çıxmaq üçün Zəngəzur dəhlizinin iqtisadi səmərəsini önə çəkirlər.
Dünya iqtisadiyyatının əsas lokomotivlərindən sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı, eləcə də Süveyş kanalından keçən dəniz yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, həmçinin Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır.
Zəngəzur dəhlizi Azərbaycan Respublikasının regional və beynəlxalq hüquqi əlaqələrində mühüm rol oynayır. Zəngəzur dəhlizinin eyni zamanda iqtisadi və siyasi əhəmiyyəti də aktual bir amildir. Dəhliz, İkinci Qarabağ müharibəsindən sonra hüquqi əhəmiyyətini daha da artırmışdır. Hazırda Azərbaycan və Ermənistan arasında bu dəhliz ilə bağlı razılıq tam şəkildə icra edilməyib. Buna səbəb olaraq Ermənistanın hüquqi və siyasi münasibətlərinin icrasında öz öhdəlikləri olan məsələləri yerinə yetirməməsidir. Günümüzdə Zəngəzur dəhlizi ilə bağlı hüquqi və siyasi müzakirələr getdikcə aktiv hal almağa başlamışdır. Buna əsas səbəb olaraq İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan reallıqlar fondunda şanlı ordumuz, xalqımızın milli iradəsi və cənab Ali Baş Komandamız İlham Əliyevin siyasi görüşü ilə qazandığımız zəfərin təşəbbüsü nəticəsində hazırda Ermənistanın nəzarətində olan Qərbi Zəngəzur bölgəsindən Zəngəzur dəhlizinin çəkilməsi perspektivləridir. Zəngəzur dəhliziniz açılması Azərbaycan və onun tərəfdaşlarının imkanlarını xeyli genişləndirəcək.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

