Şuşa Bəyannaməsi - qardaşlığın təcəssümü
09.06.2023 [16:50]
Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən Müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub. 2021-ci il iyunun 15-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Şuşa Bəyannaməsinin imzalanması bu deyilənlərə əyani sübutdur. Şuşa Bəyannaməsi ölkələrimizin müttəfiqliyini hüquqi cəhətdən təsdiqləyən bir sənəd kimi tarixə düşdü. Düzdür, bu vaxta qədər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən xeyli sayda sənədlər mövcud olub. Lakin Şuşa Bəyannaməsi hər bir sahəni, xüsusilə də ölkələrimiz arasında qarşılıqlı hərbi əlaqələri özündə cəmləşdirən tarixi bir sənəddir. Yüz il öncə Azərbaycanla-Türkiyə arasında imzalanmış olan Qars müqaviləsi də ölkələrimizin dostluq-qardaşlıq münasibətlərindən irəli gələrək strateji tərəfdaş olduqlarının tarixi köklərini özündə təcəssüm etdirir.
Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi Azərbaycan Türkiyə əməkdaşlığın strateji istiqamətlərindən biridir. Azərbaycan hər zaman sülh və əməkdaşlıqda maraqlı olan ölkədir və heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Şuşa Bəyannaməsinin imzalanması da iki ölkənin qarşılıqlı formada bir-birinin müdafiəsinə dəstək vermək məqsədi daşıyır. Burada hər hansı bir ölkəyə qarşı heç bir iddiadan belə söhbət getmir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sürətli şəkildə bərpa-quruculuq işlərinə start verməsi, eyni zamanda regionda nəqliyyat-kommunikasiya infrastrukturunun qurulmasında maraqlı olması ölkəmizin münaqişədə deyil, sülh və davamlı təhlükəsizlik mühitinin yaradılmasında maraqlı olduğundan xəbər verir. Qardaş Türkiyə də işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasında maraqlıdır. Belə ki, Türkiyə şirkətləri prosesdə yaxından iştirak edirlər. Həyata keçirilən tikinti, quruculuq işləri nəticəsində Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaqdır.
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hər bir sahədə əməkdaşlığı təmin edən sənəd olduğu üçün ölkəmizin iqtisadi gücünə də əlavə güc qatmış olacaq. Güclü iqtisadiyyat isə güclü Ordu, güclü müdafiə sistemlərinin mövcud olması deməkdir. Bundan əlavə Şuşa Bəyannaməsi beynəlxalq təşkilatlar müstəvisində qarşılıqlı dəstəyin təmin olunması deməkdir. Belə ki, ölkələrimiz aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqları bəyan etmiş oldular. Bununla da hər iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimiz bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə qarşılıqlı olaraq uyğun zəruri yardımlar göstərəcəklər. Bir sözlə, ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə ölkələrimizin hərbi qüdrətini artıracaqdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir.
Ümumiyyətlə, Şuşa Bəyannaməsinin müddəaları ilə tanış olduqda Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq, bir millət maraqlarına əsaslanan, iki dövlətinin hər zaman bir-birinin yanında olmasını təmin edən, hər iki dövlətin birgə maraqlarını bütün dünyaya bəyan edən mühüm tarixi əhəmiyyətə malik sənəd olduğunu görmüş oluruq.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

