Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
31.01.2012 [10:55]
Yanvar ayının 28-də Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının VIII konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra işini davam etdirən konfransda Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himninin səsləndirilməsilə konfrans açıq elan olunub.
Konfransda VII konfransdan ötən müddət ərzində görülmüş işlərlə bağlı hesabat məruzəsilə çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri (VIII konfransa qədərki) Möhübbət Bədəlov deyib ki, ölkədə əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu və payı var: “Bu işdə əlbəttə ki, YAP Naftalan şəhər təşkilatı da müəyyən fəaliyyət sərgiləyib. 1995-ci ildən təsis edilən YAP Naftalan şəhər təşkilatı hazırda özündə 36 ilk partiya təşkilatını və 971 nəfər üzvü birləşdirir. 2006-2011-ci illərdə partiya sıralarına qəbul edilmiş 553 nəfərin 347 nəfərini gənclər, 341 nəfərini isə qadınlar təşkil edib. Məhz görünən fəallığın nəticəsidir ki, şəhər təşkilatının üzvləri baş verən proseslərin önündə gedir, şəhərin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında daim seçilirlər”.
YAP Naftalan şəhər təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib və hesabat ətrafında çıxışlar başlayıb.
çıxış edən YAP Naftalan şəhər təşkilatının İ.Nəsimi adına 1 saylı orta məktəb ilk partiya təşkilatının sədri Səmənnaz Musayeva, YAP Naftalan şəhər təşkilatının Musiqi məktəbi ilk partiya təşkilatının sədri Almaz Əliyeva və digər partiya fəalları Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi, eyni zamanda, sosial-iqtisadi və mədəni həyatında oynadığı roldan söz açıblar. Onlar əmin olduqlarını bildiriblər ki, Ulu öndər Heydər Əliyev zəkasının nəticəsi olan YAP-ın hələ bundan sonra uzun illər Azərbaycanın möhtəşəm uğurlar əldə etməsində iştirak payı böyük olacaq. çıxışçılar hesabatı qənaətbəxs hesab ediblər.
Sonra təşkilati məsələlərə baxılıb. YAP şəhər təşkilatının qətnaməsi təsdiq olunub, şəhər təşkilatı Şurasının və nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşib. Hətəm Qocayev YAP Naftalan şəhər təşkilatının yeni sədri seçilib.
Təşkilati məsələlərə baxılmasından sonra konfransda çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayıb. O, ölkəmizin regionlarının sürətli inkişaf dövrü yaşadığını söyləyib və bunun bariz nümunəsi kimi Naftalan şəhərində həyata keçirilən işlərdən, layihələrdən bəhs edib.
İcra başçısı çıxışında YAP-ın yaranma tarixindən də danışıb və xalq qarşısında xidmətlərindən ətraflı bəhs edib: “ölkəmizin tarixinin ən ağır günlərində Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyev şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın dövlətçiliyinin qorunması, ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilib”.
Partiyanın Naftalan şəhər təşkilatının fəaliyyətinə gəlincə, Natiq Aslanov təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatında, quruculuq işlərində fəal iştirak etdiklərini bildirib.
çıxış edən “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu konfrans iştirakçılarını təbrik edib. O, YAP-ın çox çətin və şərəfli bir yol keçdiyini, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını deyərək, bildirib ki, ölkəmizin müstəqillik tarixində YAP öz sözünü demiş siyasi təşkilatdır.
“Azərbaycanın qazandığı bütün uğurlarda YAP-ın imzası var” - deyən, Hikmət Babaoğlu vurğulayıb ki, qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr də çoxdur.
ötən il Azərbaycanın həm daxili siyasətində, həm də xarici siyasətində əldə olunan uğurlara diqqət çəkən Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının da beynəlxalq miqyaslı nailiyyətlərinə toxunub.
“Yeni Azərbaycan Partiyası nəinki regionda, eyni zamanda, beynəlxalq miqyasda böyük nüfuza malik olan siyasi təşkilatdır” - deyən Hikmət Babaoğlu söyləyib ki, YAP dünya dövlətlərinin siyasi partiyalarının birləşdiyi qurumlarda fəal şəkildə təmsil olunur: “Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. Partiya Avropa və Asiyanın bir çox aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. YAP-ın beynəlxalq əlaqələrində Türkiyənin, MDB üzvü olan ölkələrin, Mərkəzi Asiya, Qərbi və Şərqi Avropanın, bir sıra digər dövlətlərin siyasi partiyaları ilə, həmçinin, böyük nüfuza malik beynəlxalq təşkilatlarla münasibətlər mühüm yer tutur. Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Belnəlxalq Konfransının işində yaxından iştirak edir və 2009-cu ildə qurumun Daimi Komitəsinin üzvü seçilib. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində Avropa Xalqları Partiyası ilə sıx əməkdaşlıq prioritet istiqamət təşkil edir”.
YAP Naftalan şəhər təşkilatının işinin qənaətbəxş olduğunu vurğulayan və bu təşkilatın ölkədə keçirilən bütün siyasi kampaniyalardakı fəaliyyətini yüksək qiymətləndirən “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu şəhər təşkilatının üzvlərinə uğurlar arzulayıb.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

