Ağdam üçün yeni dövr başlayıb
20.11.2023 [12:26]
Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 3-cü ili tamam olur.
Məlum olduğu kimi, bu il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. 2020-ci il 27 sentyabrda başlamış və cəmi 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd ediləcək.
Tarix boyu gözləri Azərbaycan torpaqlarında olan, işğalçılıq siyasəti yürüdən ermənilər 1993-cü il iyulun 4-də artilleriya ilə Ağdamı bombalamış, şəhərin hər yerini məhv etmiş və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunmuşdur. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordususnun qarşısında tab gətirə bilməyən ermənistan ordusu ağ bayraq qaldıraraq təslim olmuş və beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılmışdır. Bununla da 27 il işğal altında olan Ağdam şəhərinin işğalına son qoyulmuşdur.
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Ağdamın itgisiz, bir güllə atmadan işgaldan azad edilməsi, ölkəmizin gücünün, qüdrətinin göstəricisidir. Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalın təsis edilməsi ilə əlaqədar sərəncam imzalamış, sərəncama əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min 790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də işğaldan azad edilən Ağdam şəhərinə səfər etmiş, Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırmışdır.
“Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik” deyən Prezident İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad edilmiş torpaqlarımızda o cümlədən Ağdam rayonunda da genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir.
Ümumilikdə işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Ağdam rayonuna 5 dəfə səfər etmiş, səfərlər zamanı Dövlət başçısı Ağdam Məsçidini ziyarət etmiş, şəhərinin bərpasının təməl daşını, məktəb binasının, avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının, eləcədə digər əhəmiyyətli obyektlərin təməlini qoymuş, görülən işlərlə tanış olmuş, tapşırıq və tövsiyyələrini vermişdir. Bu səfərlərin hər biri tarixi hadisə olmaqla yanaşı, eyni zamanda ölkə başçısının işğaldan azad edilmiş ərazilərimizə nə qədər dəyər verdiyini , diqqətdə saxladığını nümayiş etdirir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

