Zəfər Paradı ordumuzun gücünün, qüdrətinin nümayişi idi
08.12.2023 [11:43]
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə, mülki obektlərə və mülkü vətəndaşlarımıza qarşı növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi otuz ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Azərbaycan özü, öz gücünə illər öncə BMT Təhlükəsizlik Şurasının o vaxt ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi, lakin kağız üzərində qalmış qətnamələrini icra etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Şanlı Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü və “ağ bayraq” qaldırmağa məcbur etdi. Noyabr ayının 10-da Ermənistanın baş naziri kapitulyasiya aktına imza atdı. Bundan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atılmadan özümüzə qaytarıldı.
Vətən müharibəsinin başlandığı gündən Azərbaycan xalqı yumruq kimi birləşdi. Cənab Prezident İlham Əliyevin illər ərzində apardığı uğurlu siyasətin nəticəsi xalqına bəxş etdiyi qələbə oldu. 44 günlük Vətən müharibəsi zamanı yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktika nümayiş etdirdi. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edərək regionun ən güclü ordusu olduğunu sübut etdi. Azərbaycan dövləti təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi-siyasi yöndən güclüdür. Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan,Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdü.
Üç il öncə dekabr ayının 10-da Bakının ən böyük meydanı olan Azadlıq meydanında keçirilmiş Zəfər paradı bütün dünyaya Azərbaycan Ordusunun və xalqının birliyini və gücünü bütün dünyaya bəyan etmiş oldu.
Zəfər paradı həm də ona görə bu qədər qürurverici idi ki, Azadlıq meydanından Azərbaycan və Türk əsgərləri çiyin – çiyinə keçirdilər. Ölkəmizin hər bir bölgəsinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi Ulu Öndərin bir millət, iki dövlət şüarının təsdiqi və iki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi idi. Zəfər paradında ilk olaraq Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan zəfər bayrağının gətirilməsi də rəmzi məna kəsb edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərirdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Məhz bunun nəticəsi idi ki, cari ilin sentyabr ayında Azərbaycanın başlatdığı antiterror əməliyyatı 1 sutkadan daha az çəkdi, Müzəffər Ali Baş Komandan və Şanlı Azərbaycan Ordusu, Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etdi.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

