AXCP-nin “boykot” tamaşası sifarişli siyasi təxribatdır
20.12.2023 [11:13]
“Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra Əli Kərimlinin ənənəvi monoloqlarından bəlli olurdu ki, AXCP hər zaman olduğu kimi bu dəfə də seçkilərdə iştirakdan imtina edəcək, necə deyərlər, “boykot” tamaşası yolunu seçəcək. Şübhə yoxdur ki, AXCP bu “kirli” siyasi addımı atmaqla növbəti dəfə acizliyini, destruktivliyini nümayiş etdirdi, sifarişli siyasi təxribat ilə xalqa xəyanət yolunu seçdi. Əli Kərimli qrant layihələrini vacib bilərək “boykot” tamaşası vasitəsilə sabit ictimai və siyasi münasibətlərdə emosional və qalmaqallı situasiya yaratmaq, antiAzərbaycan dairələrinin təxribatlara yol açan planlarına oynamaq niyyətini ortaya qoydu. Manipulyasiya və siyasi alver ilə məşğul olan Əli Kərimli hətta, seçkilərdə iştirakdan imtina etməklə az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, əslində Azərbaycan ictimaiyyəti dövlət qeydiyyatından keçmək üçün 5 min imzanı toplamağı bacarmayan AXCP-nin acizliyini və zəifliyini görmüşdü. “Boykot” tamaşası isə növbəti dəfə AXCP-nin bütün uydurma miflərini puç etdi: “Əli Kərimlinin “boykot” tamaşası qərarı tərəfdarları ilə yanaşı bu günə qədər AXCP-yə loyal münasibət bəsləmiş digər müxaliflərin də narazılığına səbəb oldu. Hər həftə canlı yayım üçün dəvət etdiyi, “Əli bəyim” deyə müraciət etdiyi Sevinc Osmanqızı bu addımdan sonra Əli Kərimlini ifşa etdi, hətta efirinə çıxardığı jurnalist Beydulla Manafova AXCP sədrinin ünvanına “əməkdar artist” dedirtdi. Tural Sadıqlı ilə AXCP üzvü Məhəmməd Mirzəli də canlı yayında Əli Kərimlini qınamaqla qalmadı, hətta ələ saldılar. Məhəmməd Mirzəlinin “Əli bəyin “boykot”unu heç kəs tanımır” fikri radikalların AXCP sədrinə olan münasibətini ümumi qaydada nümayiş etdirdi. Sosial şəbəkə fəalı Kəramət Böyükçöl isə seçkilərdə iştirakdan imtina etmiş Əli Kərimlini siyasi mübarizədən də çəkilməyə, yəni istefa verməyə çağırdı. Eyni zamanda, bir müddət öncə hər kəs müxalif youtube kanallarında keçirilmiş sosioloji sorğularda Əli Kərimlinin necə rəzil vəziyyətə düşməsinin və böyük səslə həbsdə olan Qubad İbadoluna məğlub olmasının da şahidi oldu. Bütün bunlar bir daha AXCP və Əli Kərimli haqqında bu günə qədər trol qrupların sosial şəbəkələrdə formalaşdırmağa çalışdığı “imic”in sabun köpüyü kimi partladığını isbatladı. Son bir ay ərzində onlarla cəbhəçinin AXCP-dən ictimai qaydada istefa verməsi və bunun səbəbi kimi Əli Kərimlinin avtoritar idarəçiliyini, partiya daxili dözülməz vəziyyəti göstərməsi isə bir daha real vəziyyəti sübut etdi”.
Ramil Vəlibəyov əlavə edib ki, AXCP-nin “boykot” tamaşasının ictimai-siyasi proseslərin, xüsusilə də seçkinin gedişatına təsiri mümkünsüzdür. Çünki AXCP siyasi palitrada güc amili olmadığından, “ölü” partiya təsiri bağışladığından, sosial bazası olmadığından onun hər hansı qərarı nəticəsizdir. Bu günə qədər keçirilmiş bir çox seçkilərdə də eyni tamaşanı qurmuş AXCP və onun sifarişçiləri məqsədinə nail ola bilməyib, əks effekt verməklə bu partiyanın daha da zəifləməsinə, sıradan çıxmasına səbəb olub. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu dəfə də AXCP-nin “boykot” tamaşası nəticəsiz qalacaq, bumeranq effekti verəcək.
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

