AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur
26.01.2024 [10:45]
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
AŞPA-nın ölkəmizlə bağlı qərəzli mövqeyi həmin təşkilatın insan hüquq və azadlıqlarının müdafiəçisi olmasının yalan üzərində qurulduğunu bir daha təsdiqlədi. Əksinə, bu qərəzli münasibət qurumun insanların taleyi ilə oynadığının, vətəndaşların hüquqlarını qəsdən pozmasının bariz nümunəsidir. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm verib, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmini istiqamətində əhəmiyyətli uğurlar qazanıb. Bütün bunları görməmək siyasi korluqdur.
Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. 2001-ci ildən 2020-ci ilə qədər AŞPA-nın, eləcə də 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun edə bilmədiyini Azərbaycan cəmi 44 gün ərzində yerinə yetirdi. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil siyasətini aparmağa çalışan yeganə dövlət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir.
Azərbaycan xalqı artıq anlayır ki, demokratiya, insan haqları, ədalət kimi yüksək pafoslu “Avropa dəyərlərinin” arxasında məkrli niyyətlər və güc mərkəzləri hesab edilən dövlətlər tərəfindən Afrikanın, Asiyanın və bütün zəif dövlətlərin əsrlər boyu əsarət altında saxlanmasını təmin edən neo-imperializm siyasəti dayanır. Avropa siyasətinin əsl mahiyyəti irqçilik, etnik-dini təəssüb-keşlik, qızışdırıcılıq və sümürgəçilikdir. Bütün bunlar Azərbaycanın öz ərazisində təmin etməyə səy göstərdiyi azadlıq, istiqrar və ləyaqətli həyat məqsədləri ilə daban-dabana ziddir. AŞPA-nın yürütdüyü siyasət Azərbaycanın öz milli maraqları çərçivəsində aparmağa çalışdığı siyasətlə uzlaşmır, əksinə toqquşur. Əslində Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Təsadüfi deyil ki, sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib.
Fransa Almaniyanın əli ilə AŞPA-nı ölkəmizə qarşı yönləndirir. Zatən AŞPA-nın Azərbaycana mövqeyi bəllidir. Rəsmi Bakı AŞPA-ya üzv olandan, yəni 2001-ci ildən indiyədək bu təşkilatdan ermənipərəst mövqe görüb. Bu mövqe indi də var və bu, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi tələbi, müzakirə zamanı nümayəndə heyətimizin səsvermə hüququnun məhdudlaşdırılması məsələsində bir daha özünü büruzə verdi. Amma fakt budur ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur və bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı sadəcə qisas cəhdidir. Azərbaycan üçün isə artıq bu gün AŞPA-ya üzv deyə bir problem olmadığı üçün təşkilatın sözügedən təzyiq cəhdi sıfıra bərabərdir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05

