Yeni Azərbaycan Partiyası Ulu Öndərin ideyalarının təcəssümüdür
01.03.2024 [15:51]
Məlumdur ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən öz qarşısına qoyduğu vəzifələri uğurla icra edib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda hakim partiya olaraq yerinə yetirdiyi missiya xalq tərəfindən məmnunluqla qarşılanır. YAP tərəfindən bu vaxta kimi dövlət və xalqın birliyi üçün atılan addımlar öz effektini vermişdir.
Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyev YAP-ın bütün nizamnamə və strukturunu məhz bu məqsəd üzərində qurulmasını əsas vəzifə qoymuşdur. Yeni müstəqillik əldə etdikdən sonra ölkəni və xalqı azərbaycançılıq idelogiyası əsasında birləşdirəcək partiyanın yaradılması zərurətə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev həmin günləri belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. Azərbaycan ziyalılarının bu partiya ətrafında birləşməsi dövlət və dövlətçiliyin möhkəmlənməsi, ictimai-siyasi sabitliyin əldə olunmasında əhəmiyyətli rol oynadı. Buna görə də YAP Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları birləşdirən partiyadır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışında deyib ki, Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi: “Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı”. Azərbaycana xaricdən müdaxilələrin qarşısının alınmasında, yad idelogiyaların ölkəyə təsirinə qarşı YAP siyasi və ideloji müqavimət missiyasını icra etmiş oldu. YAP yaranan zaman öz ideya və məqsədlərini açıq-aydın bəyan etdi. Bu gün bütövlükdə YAP ölkəmizin siyasi simasının güzgüsünə çevrilib. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev qurultaydakı çıxışında Vətən mühribəsində xalqın ruh yüksəkliyi haqıında danışaraq mənəvi amilin Azərbaycanın qələbəsində həlledici rol oynadığını vurğulayıb: “Müharibənin ilk günündən Azərbaycan mənəvi üstünlüyə malik idi. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu”. Azərbaycan uzun illər idi ki, bu müharibəni gözləyirdi. Xalq torpaqlarımızın azad olunması üçün dəmir yumruq kimi birləşmişdi. Hər kəsin ürəyi cəbhədə döyüşən ordu ilə bir döyünürdü. Dünya azərbaycanlıları 44 gün ərzində cəbhədən xoş xəbərlərin gəlməsini gözləyirdi. Cənab Prezident işğaldakı rayonların azadolunma xəbərlərini verməklə hər bir soydaşımızı sevindirirdi. Ərazi bütövlüyümüzün bərpa olunmasıda canlarını fəda edən şəhidlərin adları və hərbiçilərimizin qəhrəmanlığı unudulmazdır. Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 3 mindən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 7 mindən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.
Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olanların ailələri və Vətən müharibəsinin qaziləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Dövlətimizin başçısının tapşırığına əsasən şəhid aillərinə yardımlar verilir və qazilər müalicə edilir. Çox müsbət haldır ki, şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Ən əsası, Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının prinsipləri ölkəmizin müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməkdən ibarətdir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində fəal iştirak edir, müstəqil dövlətimizin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir.
Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

