Azərbaycanın enerji siyasəti sülhə və əməkdaşlığa əsaslanır
07.03.2024 [11:25]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın sülhə və əməkdaşlığa əsaslanmış enerji siyasəti regionda sabitliyin, təhlükəsiz, davamlı inkişafın təmin olunmasına xidmət edir. Qərb-Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi, yeni çağırışlara əsaslanan enerji siyasətinə olan sadiqliyi dünya dövlətlərinin Azərbaycana olan marağını artırmaqdadır. Qalib ölkənizin Müzəffər Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində Azərbaycanın sülhə və əməkdaşlığa əsaslanmış enerji siyasətinin əhəmiyyətindən, ölkəmizin bu günün real hadisələrindən, ölkəmizin dayanıqlı enerjinin gələcəyindən ətraflı bəhs edib.
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Ölkəmiz bu gün nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısıdır.
Çox maraqla qarşılanan “Euronews” televiziyasına verdiyi müsahibədə dövlətimizin başçısı Azərbaycanın davamlı inkişafını, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırmaqda növbəti addım oldu.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi, “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir”.
Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirən Azərbaycan Prezident İlham Əliyevin qeyd etdiyi kimi nefti inkişafa çevirdi, sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu. Son 20 ildə yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdi.
Bu gün beynəlxalq aləmdə sabit ölkə və etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm tərəfdaş kimi çıxış edir. Dünyanın inkişaf etmiş dövlətləri qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri qururlar.
Dövlət Başçısı nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daim Azərbaycanın regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış etdiyini bütün dünyaya çatdırır. Azərbaycan Prezidenti, Qalib Lider cənab İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasət regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Dünya dövlətlərinin yekdil qərarı ilə bu il COP29-a ev sahibliyinin Azərbaycana həvalə edilməsi də öz növbəsində ölkəmizin həyata keçirdiyi enerji layihələrinə, ümumilikdə enerji siyasətinə yer kürəsində verilən qiymətin bariz göstəricisidir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33

