Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın keçmiş Prezidenti Valdis Zatlersi qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın keçmiş Prezidenti Valdis Zatlersi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Latviya Respublikasının keçmiş Prezidenti Valdis Zatlersi qəbul edib.
Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi razılıqla qeyd olunub, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun nəticələrinin uğurlu olacağına əminlik ifadə edilib.