Baş Nazir Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

Baş Nazir Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə mövcud münasibətlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.