Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23-cü ildönümü münasibətilə partiyanın rəhbərliyi və üzvləri noyabrın 21-də Fəxri xiyabana gələrək YAP-ın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri və əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də güllər qoyulub.