Bakının görməli yerlərini əks etdirən fotolardan ibarət sərgi təşkil olunacaq

Bakının görməli yerlərini əks etdirən fotolardan ibarət sərgi təşkil olunacaq

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə Bakının görməli yerlərini əks etdirən fotolardan ibarət sərgi açılacaq. Sərgi ATGTİ-nin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Foto art” layihəsi çərçivəsində təşkil olunacaq.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin qaliblərinə diplom və hədiyyələr təqdim ediləcək.
Layihəyə qoşulmaq istəyən gənclərdən çəkdikləri fotoşəkilləri dekabrın 20-dək foto-art@atgti.az elektron ünvanına göndərmələri xahiş olunur.