Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. İki nəfərə cərrahi müalicə tətbiq olunub.