Aİ Avropaya qaz tədarükünün artırılması üzrə səylərinə görə Azərbaycana təşəkkür edir

Aİ Avropaya qaz tədarükünün artırılması üzrə səylərinə görə Azərbaycana təşəkkür edir

Mən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünün artırılması üzrə səylərinə görə Azərbaycana təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, Azərbaycan etibarlı tərəfdaşlığını təsdiq edib.

"Heç bir şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi Aİ-nin enerji şaxələndirilməsi siyasəti və tədarükün təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Fikrimizcə, Cənub Qaz Dəhlizi davam etməkdə olan uğur tarixçəsidir", - deyə o yazıb.