Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis təyin olunub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis təyin olunub

Prezident İlham Əliyev M.A.Abbasbəylinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Məmməd Aslan oğlu Abbasbəyli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.