Avropada qaz ucuzlaşıb

Avropada qaz ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 620 ABŞ dolları səviyyəsində qərarlaşıb.

30 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 623,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (624,7 dollar) ilə müqayisədə 0,2% azdır.