Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün fürsətdir"

Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün fürsətdir"

“Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 2 milyona yaxın qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Amma otuz il ərzuində heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri gedib-gəlirdilər. Çox şükür, 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edə bilib. Eyni zamanda qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum Ermənistan üçün yaxşı fürsətdir”, - o bildirib.