NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Azərbaycana səfər edəcəyi tarix açıqlanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə KIV-ə bildirib.

Onun sözlərinə görə, X.Kolomina mayın 25-də Azərbaycana gələcək.

Qeyd edək ki, NATO Baş katibinin xüsusi nümayəndəsi hazırda Ermənistanda səfərdədir.