Rusiyanın Kurqan vilayətində avtobusun idarəetməni itirərək aşması nəticəsində 11 nəfər xəsarət alıb.
Bu barədə vilayətin qubernatoru Vadim Şumkov “Telegram”da yazıb.
Qeyd olunub ki, xəsarət alanların arasında iki uşaq və doqquz böyük olub.
Yaralılar Kurqan şəhərindəki tibb müəssisələrinə yerləşdirilib və hadisə yerində araşdırma aparılır.