Sahibkarlığın İnkişafı Fondu turizm sahəsinə güzəştli kredit ayırıb

Sahibkarlığın İnkişafı Fondu turizm sahəsinə güzəştli kredit ayırıb

Azərbaycan Sahibkarlığın İnkişafı Fondu regionlarda turizm sahəsində biznes klasterlərinin inkişafına maliyyə dəstəyi göstərir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

“Keçən il sahibkar Təranə Səmədova biznesini inkişaf etdirmək üçün 120 000 manat (70 588 ABŞ dolları) güzəştli kredit alıb”, - nazir yazıb.