Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Goranboy rayon şöbəsi bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüşlər rayonun Faxralı, Alpout və Quşçular kəndlərində keçirilib.
YAP Goranboy rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova ölkəmizin növbəti bələdiyyə seçkiləri ərəfəsində olduğunu, partiyamızın bu seçkilərdə də xalqın dəstəyi əsasında qələbə qazanacağına əmin olduğunu bildirib.
Təbliğat qrupunun üzvü Şahin Allahverdiyev isə bələdiyyə seçkilərinin əhəmiyyətindən bəhs edib, seçiciləri bu dəfə də YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Daha sonra Sevda Vəliyeva, Muraz Abdullayev, Novruz Bayramov və Cavanşir İmamquluyev çıxış ediblər.