Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Gəlincik” layihəsinin açılış mərasimi keçirilib.
YAP Gənclər Birliyinin ofisində keçirilən tədbiri giriş sözü ilə açan layihə rəhbəri Bəyim Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat verib, onun məqsədini və keçiriləcək təlimlərin mövzularını iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra təlimçi Zaur Quliyev erkən nikahların hüquqi cəhətdən yolverilməz olduğunu qeyd edib. O bildirib ki, erkən nikahlarla bağlı maarifləndirmə işlərini mütəmadi olaraq həyata keçirmək lazımdır.
Daha sonra layihə iştirakçısı olan gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam edib.