Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Vətən müharibəsində yaralanmış qazilərlə onlayn görüşlər keçirilir.
Növbəti görüş isə Samux şəhər sakini, Daxili qoşunlarda xidmət edən, II Qarabağ müharibəsi qazisi Babək Samir oğlu İsmayılovla keçirilib. Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.
YAP Samux rayon təşkilatı Gənclər Birliyinin fəal üzvlərinin iştirak etdiyi görüşdə Babək İsmayılov müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs edib.
MÜŞFİQƏ