Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir. Bu məqsədlə rayon təşkilatının Düyərli kənd xəstəxanası ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İlk partiya təşkilatının sədri Nizami Heydərov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən, xüsusilə gənclərin hesabına güclənib. Təşkilatda hazırda qeydiyyatda olan üzvlərin əksəriyyəti gənclərdir və təşkilat üzvləri partiya tərəfindən keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak ediblər. Qeyd olunub ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra ediləcək.
Yığıncaqda çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib, ilk partiya təşkilatının hesabatını qənaətbəxş qiymətləndirib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.