11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. Bütün seçki proseslərində olduğu kimi, prezident seçkisində də xüsusi fəallığı ilə seçilən, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası (YAP) növbəti seçkilərə də yüksək ab-hava ilə başlayıb.
“İlhamla irəli” devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdam rayon şöbəsi 11 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 19 mart 2018-ci il tarixində rayonun 4 seçki dairəsi üzrə 129 seçki məntəqəsində prezident seçkiləri ilə əlaqədar operativ fəaliyyətə başlayıb.