“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
10.02.2025 [17:50]
Sosial layihələri ilə cəmiyyətdə xüsusi dəyər yaradan “Nar” jest dilinin inkişafına yönəlmiş təşəbbüslərinin davamı olaraq, bu ildən etibarən Azərbaycanda jest dili tətbiqinin ərsəyə gəlməsinə öz töhfəsini verir.
“Nar”ın dəstək göstərdiyi bu layihə çərçivəsində mobil tətbiqin yaradılmasına ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı, bp və onun tərəfdaşlarının dəstəyi ilə ötən ilin sentyabr ayında start verilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin cəmiyyətin digər üzvləri ilə ünsiyyətini asanlaşdırır və onların tamamilə ödənişsiz və heç bir müəllimə ehtiyac olmadan jest dilini öyrənməsinə imkan yaradır. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilir.
Tezliklə istifadəyə verilməsi planlaşdırılan tətbiqdə istifadəçilər jest dilini öyrənmək üçün müxtəlif imkanlardan yararlana biləcəklər. Jest dili tətbiqi dərs bölməsi vasitəsilə mövzular üzrə dərslər seçməyi təmin edəcək. Eyni zamanda, lüğət funksiyası istifadəçilərə jest dilində sözləri asanlıqla tapmağa, əlifba ilə işləmə funksiyası isə hərfləri öyrənməyə imkan yaradacaq. Tətbiqdə istifadəçi profilinin yaradılması, sevimli sözlərin seçilməsi və tədris prosesində irəliləyişin izlənməsi kimi əlavə funksiyalar da mövcud olacaq. Bununla yanaşı, video sürətini artırma, kamera funksiyası vasitəsilə jestləri təkrarlama və dərslərin öyrənilməsi üzrə irəliləyişləri göstərən tərəqqi çubuğu kimi innovativ funksionallıqlar tətbiqin əsas üstünlükləri olacaq.
Qeyd edək ki, “Nar” ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli sosial layihələr həyata keçirir. Məhz bu məqsədlə “Nar” jestdili.az saytını yaradıb, bununla yanaşı, paytaxtda və regionlarda davamlı təşkil olunan “Təlim məktəbi” layihəsini gerçəkləşdirib. Eyni zamanda, jest dilində sözlərin izahını əks etdirən “Səssiz dünyaya körpü” kitabını nəşr edib və “Canlı kitab” təşəbbüsünü həyata keçirib. Jest dili tətbiqinin hazırlanmasına dəstək verməklə isə “Nar” texnologiyanın gücündən istifadə edərək daha inklüziv və bərabər imkanlara malik cəmiyyətin formalaşmasına töhfə verməyə davam edir.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

