/ / Dünya dövlətləri davamlı inkişafı və təhlükəsizlik konsepsiyasını Azərbaycan modeli üzərində qurmağa çalışmalıdır
Dünya dövlətləri davamlı inkişafı və təhlükəsizlik konsepsiyasını Azərbaycan modeli üzərində qurmağa çalışmalıdır
25.04.2024 [10:53]
Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Cənubi Qafqazın dünya siyasi və iqtisadi məkanına inteqrasiya prosesində artıq söz Azərbaycanındır. Azərbaycanın Cənubi Qafqazda söz sahibinə çevrilməsi, ədalətli və qətiyyətli mövqeyi, birmənalı olaraq ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu Lider olmasının nəticəsidir. Bunu son proseslər də bir daha bütün dünyaya bəyan etdi. İstər 5 aprel Brüssel görüşünün təşkilatçılarından olan ABŞ dövlət katibi Blinken, Brüssel görüşünün digər təşkilatçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşdən əvvəl Prezidenti İlham Əliyevə zəng edərək üçtərəfli görüşün təfərrüatlarını müzakirə etməsi, istər Yaxın Şərqin və Postsovet ölkələrinin siyasi tarixində son 300 ilə yaxın bir dövrdə görülməmiş bir hadisənin reallığa çevrilməsi- vaxtından əvvəl sülhməramlıların çıxarılması, istərsə də 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın şanlı tarixi və bu tarixin müəllifi Prezident İlham Əliyevin kifayət qədər artan nüfuzunun və siyasi lider kimi qəbul olunmasının göstəricisidir.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair açıqlama, 4 qeyri-anklav kəndin qaytarılması, 200 ildən artıq bir dövrdə itirilən Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan cənab İlham Əliyevin xalqa növbəti hədiyyəsi və ərməğanı oldu.
Qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Prezident İlham Əliyev qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Bütün tribunalardan ölkəmiz birmənalı şəkildə bəyan və xəbərdarlıq edirdi ki, Ermənistan davamlı sülh istəyirsə, öz gələcəyini düşünürsə, bəzi dövlətlərin köləsi olaraq yaşamaq istəmirsə işğal etdiyi ərazilərdən qeyri-şərtsiz çıxmalıdır, Azərbaycan torpaqlarının bir qarışını belə işğal altında qalmasına imkan verməyəcək. Və belə də oldu, ölkəmizin ermənipərəst dairələrin məkrli niyyətlərinə rəğmən həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət əlamətdar tarixi günləri yaşamağı bizə nəsib etdi. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olundu. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırdılar. Beləliklə, 44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra Azərbaycan lideri bu dəfə də bir güllə belə atmadan 4 qeyri-anklav kəndi işğaldan azad etdi. Nəticədə, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addım oldu. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə baş verdi.
Ölkəmizin bu gün Cənubi Qafqaza sülh, sabitlik və davamlı uğurlar bəxş etdiyi bir dövrdə, təəssüf ki, Qərb, xüsusilə, rəsmi Paris bütün imkanları ilə Cənubi Qafqazda sülhə və davamlı inkişafa əngəl törədir. Həmçinin, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur. Qərb isə təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Çünki, Cənubi Qafqazda sülh mövcud şəraitdə Qərbin siyasi və iqtisadi maraqlarına uyğun gəlmir. Nəticədə ABŞ və Avropa İttifaqı bölgədəki təsir imkanlarını qorumaq, münaqişəni alovlandırmaq üçün bütün güclərini səfərbər edir, propaqanda apararaq Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair əsassız fikirlər səsləndirir. 19 aprel razılaşması isə Fransa və digər Qərb dövlətlərinin propaqandasını ifşa edərək ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə kökündən zərbə vurdu, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni özləri həll etdilər. Buna görə də bəzi Qərb dövlətləri və neoimperialist dairələr bütün bu gedişatlara kölgə salmamalı, etiraf etməyi bacarmalı, qəbullanmalıdırlar ki, nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq. Qərb birmənalı olaraq anlamalıdır ki, Prezident İlham Əliyevin ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı seçimdir. Çünki, cənab İlham Əliyev tərəfindən konkret irəli sürülmüş tələblər tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını müəyyənləşdirməyə xidmət edir.
Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədlərə nail ola bilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı bütün proseslərə, ən son 4 qeyri-anklav kəndin qaytarılmasına da nəzər salsaq Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür.
Görünən reallıq isə, dünya dövlətləri davamlı inkişafı və təhlükəsizlik konsepsiyasını Azərbaycan modeli üzərində qurmağa çalışmalıdır!
Arzu Abdullayev,
Naxçıvan Dövlət
Universitetinin prorektoru, tarixçi alim
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

