Xəyanətin acı nəticələri
15.05.2024 [09:50]
1992-ci ilin may hadisələri Laçının işğalına yol açdı
XX əsrin son onilliyində ikinci dəfə özünün müstəqilliyini əldə edən Azərbaycan dövləti böyük sınaqlarla üz-üzə qaldı. 1990-92, o cümlədən 1993-cü ilin birinci yarısında baş verən proseslər Azərbaycanı böyük təhlükələrə sürükləmiş, torpaqların işğal altına düşməsinə vəsilə olmuşdu. Bu gün azadlığını qeyd etdiyimiz, 30 ildən sonra ilk sakinlərini qarşılayan Şuşa, Laçın kimi rayonlarımız siyasi oyunların qurbanına çevrilərək işğal altına düşmüşdü. 32 il öncə - 1992-ci ilin mayında baş verən bu faciələr ölkəmizdə hakimiyyətə yiyələnmək istəyən qüvvələrin xəyanətini bariz şəkildə ortaya qoyur.
Şuşanı düşmənə təhvil verdilər...
Qeyd edək ki, 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı həmin dövrdə mövcud hakimiyyəti devirərək iqtidarı ələ almağa çalışan Azərbaycan Xalq Cəbhəsi üçün mühüm fürsətə çevrildi. O dövrdə Azərbaycan prezidenti olan Ayaz Mütəllibov AXC-nin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa verdi. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. Müdafiə naziri vəzifəsi isə AXC-nin tələbi ilə bu qurumun üzvü olan Rəhim Qazıyevə verildi. Məhz həmin dövrdən başlayaraq AXC ölkədəki vəziyyəti sabotaj etməklə hakimiyyətə yiyələnməyə çalırşırdı. AXC-yə başçılıq edən şəxslər ətraflarında yaratdıqları silahlı dəstələrdən quldurluq məqsədi ilə istifadə edir, onları cəbhədən geri çəkir və hətta bəzi regionlarda talançılıq ilə də məşğul olurdular. Bu isə 1992-ci ilin mayın 8-də Şuşanın işğalına yol açdı. Hərbi gücü əlində saxlayan AXC iqtidara gəlmək üçün strateji əhəmiyyət daşıyan şəhəri ermənilərə təslim etdi.
Bu il mayın 10-da Şuşaya köçən ilk sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib ki, məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü: “Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Siz ki, bunu yaxşı bilirsiniz. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi”.
AXC-nin hakimiyyət hərisliyi Laçının işğalına şərait yaratdı
Şuşanın işğalının ardından isə ölkədəki siyasi vəziyyət daha kəskin hal aldı - böhran bütün istiqmətlərdə hiss olunurdu. 1992-ci ilin mayın 14-də Azərbaycan Ali Soveti yenidən iclas keçirdi və Ayaz Mütəllibov yenidən öz vəzifəsinə bərpa edildi. Vəzifəsinə bərpa edilmiş Mütəllibov isə Bakıda iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq etdi. Amma Mütəllibov bərpa olunduğu vəzifəsində çox da qala bilmədi - onun prezident səlahiyyətlərinin bərpa edilməsini dövlət çevrilişi hesab edən AXC bu dəfə silahlı çevriləşə əl atdı. “AXC batalyonu” adlanan silahlı dəstələr 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkildi. AXC rəhbərlərinin başçılıq etdiyi qoşunlar, xüsusilə Laçın alayının çoxlu sayda əsgəri mövqelərindən geri çəkilərək Bakıya gətirildilər. AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı. 15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonla Bakıya girdi. Silahlı dəstələr atəş aça-aça, eyni zamanda, tanklar və zirehli maşınlar Milli Məclisin binasını mühasirəyə aldı. Ardınca silahlı dəstələr televiziyaya basqın etdi. Atışmada bir neçə adam həyatını itirdi, xəsarət aldı. Mütəllibov isə yenidən devrildi. Ayaz Mütəllibov çevrilişin növbəti günü Qala aviabazasından Moskvaya yola düşdü. Silahlı çevrilişdən sonra AXC hakimiyyətə yiyələndi. Amma bu siyasi şərislik daha böyük faciələrə yol açdı - mayın 18-də Laçın işğal edildi. Jurnalist Çingiz Mustafayev AXC qoşunlarının Laçını tərk etməsini lentə almışdı.
Xəyanətkarlar qələbəmizə də sevinmirlər
Bu şəxslərin siyasi hakimiyyət hərisliyi torpaqlarımızın 30 ildən artıq işğal altında qalmasına səbəb oldu. 44 günlük Vətən müharibəsi nəticəsində isə Şuşa və Laçın, o cümlədən digər rayonlarımız işğaldan azad olundu. Antiterror tədbirləri suverenliyimizin bərpasını reallaşdırdı. Bu gün qələbələrimiz Azərbaycanın bütövlüyünü təmin edib. Amma 1990-cı illərin əvvəlində xəyanət, hakimiyyət hərisliyi ilə torpaqların işğalına şərait yaradanlar bu gün qələbəyə sevinmirlər. Prezident İlham Əliyev Şuşadakı çıxışında bildirib ki, təsadüfi insanlar hakimiyyətə gəldi: “Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar”.
SADİQ
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

