Futbol çempionatının qalibləri mükafatlandırılıb
24.05.2024 [17:37]
Mayın 24-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Akademiya əməkdaşlarının futbol çempionatının həlledici oyunları və mükafatlandırma mərasimi keçirilib.
Final qarşılaşmasında Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası Nizami Gəncəvi adına Ədəbiyyat, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Hüquq və İnsan Haqları institutlarının birləşmiş komandasını məğlub edərək çempionatın qalibi olub.
III yer uğrunda keçirilən görüşdə isə AMEA-nın Rəyasət Heyəti aparatının, “Elm” nəşriyyatının, Mərkəzi Elmi Kitabxananın birləşmiş komandası Arxeologiya və Antropologiya İnstitutunun komandasını məğlub edərək bürünc medalın sahibi olublar.
Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan oyunlardan sonra turnirin mükafatlandırma mərasimi olub. Mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, Həmkarlar Təşkilatlarının sədrləri, gənc alimləri və komandaların azarkeşləri iştirak ediblər.
Mərasimdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, bu istiqamətdə Ulu Öndərin və Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb.
AMEA rəhbəri futbol çempionatının Akademiya əməkdaşlarının asudə vaxtlarının səmərəli istifadəsi, sosial, mədəni tədbirlərin tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, AMEA əməkdaşlarının elmi fəaliyyətləri ilə yanaşı, qabiliyyət və bacaraqlarının da nümayiş etdirilməsi üçün hər cür şərait yaradılır, onların rəsm sərgisi təşkil olunur və digər tədbirlər həyata keçirilir.
AMEA prezidenti futbol çempionatının yüksək səviyyədə təşkili və ədalətlilik prinsipinin qorunmasına görə Azad Həmkarlar İttifaqına və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına minnətdarlığını bildirib.
Daha sonra akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin futbol komandasının kapitanı Azər İsgəndərova çempionatın kubokunu və medallarını təqdim edib. Həmçinin ikinci və üçüncü yerlərin sahiblərinə sertifikatlar, medal və pul mükafatları təqdim olunub.
Sonda xatirə şəkilləri çəkilib.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01

