IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib
01.06.2024 [18:59]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Sevincini bölüş” kampaniyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti aksiya keçirilib.
IDEA-nın təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində qoyulmuş oyuncaq ianə qutularından toplanan istifadəyə yararlı oyuncaqlar həssas qruplardan olan uşaqlara mütəmadi olaraq təqdim edilir.
IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil olunan aksiya çərçivəsində həmin qutulara toplanılan oyuncaqlardan ibarət 61 hədiyyə qutusu “Ümid yeri” uşaq sığınacağının azyaşlı sakinlərinə paylanılıb.
IDEA İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların sevincinə səbəb olan, onlara təbəssüm bəxş edən, bayram ab-havası yaradan həmin təşəbbüsə dəstək verən və kampaniyanın uğurla həyata keçməsində fəal olan hər bir iştirakçıya minnətdarlığını bildirir.
Məlum olduğu kimi, IDEA İctimai Birliyi tullantıların azaldılması, təkrar istifadəsi və emalına xüsusi önəm verir, həmin istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantıların, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə sosial layihələr həyata keçirir.
Digər məhsullar kimi, yüksək tələbata malik oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərərlə bağlıdır.
Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda, həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.
Qeyd edək ki, “Sevincini bölüş” oyuncaq ianə qutuları paytaxt ərazisindəki “Dəniz Mall”, “Gənclik Mall”, “28 Mall”, “Zefir Mall” ticarət mərkəzlərində yerləşir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

