USAİD-in sədri Samanta Pouer əsassız iddiaları ilə aranı qatmaq istəyir
14.07.2024 [23:27]
Mən bir fövqəladə və səlahiyyətli səfir, illərlə xaricdə diplomat kimi fəaliyyət göstərmiş, beynəlxalq münasibətləri, dünyada gedən prosesləri kifayət qədər ayrıntılı analiz edən təcrübəli bir şəxs kimi ABŞ-nin “yardım quruluşu” olan USAİD başqanı Samanta Pauerin bölgə ilə bağlı çox həssas məsələlər haqqında öyrənməsi vacib olan aşağıdakı məlumatları onun diqqətinə çatdırmaq istəyirəm. Bunu ona görə edirəm ki, o, iyulun 10-da İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın əzəli və qədim torpağı olan Qarabağdan ermənilərin könüllü köçü barəsində həqiqətləri təhrif edərək, onların geri qayıtmasının “şərtləri” haqqında dünya ictimaiyyətini bilərəkdən çaşdırmaq, hətta deyərdim ki, aldatmaq cəhdi göstərib. Əsl çirkin siyasi məqsədlərini ört-basdır etmək məqsədi ilə Qarabağı könüllü tərk etmiş ermənilərin “ağır vəziyyət”indən sui-istifadə edərək Azərbaycana öz aləmində təzyiq göstərmək üçün fürsət yaratmağa çalışıb. Məhz bu səbəbdən onun nazik diqqətinə aşağıdakı sətirlərlə cavab vermək niyyətindəyəm.
İlk növbədə xanım Pauer unutmamalıdır ki, Qarabağdan 2023-cü ilin sentyabrında öz istəkləri ilə çıxmış erməni əhalisi hətta ev əşyalarına qədər özləri ilə götürərək avtomobillərində hər hansı təzyiqə, təhdidə və ya zorakılığa məruz qalmadan Ermənistana köçüb. Bütün dünya bu köçün necə və hansı şəraitdə baş tutduğunu öz gözləri ilə görüb. Hətta, Azərbaycan polisləri onlara su, yemək verir, bəzilərinə isə jurnalistlərimiz suallar verərək, “sizə qarşı heç bir zor tətbiq edilmədiyi halda, niyə gedirsiniz?” kimi müraciətlər edirdilər. Xatırlayın, onlar canlı yayında “biz Azərbaycanı könüllü tərk edirik, heç bir təzyiq, təhqir, təhdid və ya zorakılıq olmayıb”, deyirdilər. Üstəlik onların mütləq əksəriyyəti Ermənistan vətəndaşıdır. Ermənistan pasportları var. Azərbaycan qanunvericiliyinə görə onlar respublika ərazisində yalnız Azərbaycan pasportu alaraq bütün vətəndaşlar kimi bərabərhüquqlu yaşamaq haqqı qazana birlərdilər. Ancaq onlar bundan özləri imtina etdilər. Azərbaycan dövləti hətta bu köçə rəğmən onlar üçün internet resursları üzərindən də lazımi şəraiti yaradıb ki, bundan faydalana bilsinlər. Azərbaycan Respublikası daha nə etməli idi və ya etməlidir, madam Pauer!?
Əlinizi vicdanınıza qoyub müqayisə aparın, 1988-1993-cü illərdə azərbaycanlılar hansı təhdid və təhqirlər, zorakılıqlar şəraitində öz dogma evlərini tərk etmək məcburiyyətində qalmışdılar. O zamanlar siz harada idiniz, xanım Pauer!? Xocalıda, Ağdabanda, Qarakənddə və yüzlərlə yaşayış məntəqələrində azərbaycanlılar yalnız Türk olmaqları səbəbindən zülm gördükləri, vəhşicəsinə, qəddarlıq metodu dünya tarixində görünməmiş, nadir vicdansızlıq, qansızlıq üsulları ilə soyqırımına məruz qaldıqları vaxt siz və mənsub olduğunuz ölkə bu vəhşət və insalıq üçün utancverici mənzərə qarşısında hara baxırdınız, nə üçün səsiniz çıxmırdı?! Ona görə ki, azərbaycanlılar Türk və Müsəlmandırlar?! İnternetdə sadəcə KHODJALY GENOCİDE kəlməsini axtarışa verin və bir insanın necə vəhşiləşərək belə qanlı cinayətləri törədə biləcəyini öz gözlərinizlə görəcəksiniz. Kim bilir, bəlkə də görmüsünüz?! Bu gün müdafiəsinə qalxdığınız o canilər Bakıda ədalət məhkəmlərində cavab verirlər və qanunlarımız qarşısında mütləq hesab verəcəklər. Baxın, bunu da müqayisə edin. Azərbaycan Ermənistandan fərqli olaraq onları öldürüb, gözlərini çıxarmır, başlarının dərisini soymur, onları sivil dünyada olduğu kimi məhkəmə önünə çıxarır. Bizim fərqimiz budur, xanım! Əslində siz həm də xanımsınız. Siz zərif cinsin nümayəndəsi kimi Xocalıda o zülmə məruz qalmış o günahsız insanlara bir ana, bacı, xala, bibi və ya nənə kimi də yaxınlaşa bilərdiniz və o zaman bir insan olaraq gərək gözlərinizdə yaş damlası yaranardı, ürəyinizdə isə o fevral günlərində qışın qarında öldürülən körpələrin fəryadını eşidərək mənəvi əzab yaşayardınız. Xanım Pauer, hələ də gec deyil, sadəcə bir qədər vicdan və bir qədər insanlıq lazımdır ki, azərbaycanlıların bu 30-35 ildə erməni zülmündən çəkdiklərini hiss edə biləsiniz. Mən, sizin bu dəhşətlər qarşısında soyuqqanlı qala biləcəyinizə sadəcə inana bilmirəm, bəlkə də daxilən inanmaq istəmirəm!
Keçən həftə biz mənim də mənsub olduğum İMZA İB-nin təşkilatçılığı ilə “Qətbi Azərbaycana qayıdışın hüquqi, mədəni və tarixi əsasları” adlı konfrans keçirdik. Orada dünyanın müxtəlif ölkələrindən qonaqlar iştirak edirdilər. Sizə tövsiyəm, onların dediklərinə diqqət edin! Görün azərbaycanlılar Ermənistan adlanan, tarixi Qərbi Azərbaycan torpaqlarından hansı zülmlərə məruz qalaraq qovulublar.Təsəvvür edirsiniz, min illərlə yaşadıqları öz evlərindən bu şərtlərdə qovulmaq nə deməkdir?! Azərbaycanlılar Ermənistandan 20-ci əsrdə 4 dəfə deportasiya ediliblər. Yüzminlərlə azərbaycanlı sadəcə Türk olduqları üçün bu zülmü yaşayıblar. Siz bundan niyə bəhs etmirsiniz, xanım Sədr?!
Biz ABŞ-nin Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə verdiyi dəstəyi əlbəttə ki, təqdir edirik. Biz Türkiyə dövləti olaraq da buna öz dəstəyimizi veririk ki, tezliklə bu iki ölkə arasında sülh müqaviləsi imzalansın. Nəhayət, bölgəyə sülh, əminamanlıq gəlsin, Qafqaz insanı rahat nəfəs alsın, münaqişələrə, qan-qadaya birdəfəlik son qoyulsun!
Belə həssas bir dönəmdə siz, etdiyiniz bu ədalətsiz hərəkətlərə, verdiyiniz yalanlarla zəngin bəyanatlara diqqət edin. İndi, siz deyin belə ədalətsizlik sizcə Qafqazda sülhə xidmət edir, yoxsa yenidən fəlaktlər yaşanmasına şərait yaradır?!
Biz Türkiyədə belə hallarda sadəcə bu sözü deyirik: YETER ARTIK!
Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri,
İMZA İB-nin Türkiyə təmsilçisi
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54

