Əli Kərimlinin iflası
23.07.2024 [10:34]
Çox doğru olaraq müxtəlif səviyyələrdə keçirilən seçkilər ayrı-ayrı siyasi partiyaların fəaliyyətlərinin barometri qismində qəbul olunur. Dünya ölkələrinin təcrübəsindən də bəllidir ki, hakimiyyətə gəlməyə iddialı olan siyasi partiyalar, necə deyərlər, bütün fəaliyyətləri boyunca seçkilərə hazırlaşırlar, hər seçkini cəmiyyətdə özlərini təsdiqləmək üçün bir fürsət kimi dəyərləndirirlər.
Lakin belə görünür ki, dünya təcrübəsində qəbul olunan bu praktika Azərbaycandakı redikül müxalifət düşərgəsində birmənalı şəkildə iqnor edilir. Xatırladaq ki, rediküllər indiyədək çox az sayda seçkilərə qatılıblar və bir qayda olaraq məğlubiyyət acısı yaşayıblar. İnsanlar onlara səs verməyiblər və bununla da rediküllərə münasibətlərini ortaya qoyublar. Buna görə də cəmiyyətdə nüfuzlarını tamam itirdiklərinin fərqində olan düşərgə təmsilçiləri həmişə özlərini seçkilərdən kənarda saxlamağa çalışırlar. Hazırda Azərbaycanın siyasi palitrası kifayət qədər rəngarəngdir. Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Deputatların 68 nəfəri bir partiyanın, 11 nəfəri isə digər 9 partiyanın üzvləridir. 2023-cü ildə siyasi partiyalar haqqında yeni qanun qəbul edildikdən sonra 58 partiyadan 32-si ləğv olunması barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 26 partiya yenidən qeydiyyatdan keçmək üçün quruma müraciət ünvanlayıb. Hazırda respublikamızda qeydiyyatdan keçmiş 26 siyasi partiya var.
Müvafiq qaydada yenidən qeydiyyatdan keçmiş siyasi partiyaların böyük əksəriyyəti seçkilərdə iştirak etməklə bağlı qərar veriblər və öz namizədlərini irəli sürüblər. Həmin partiyaların təmsilçilərinin də bildirdikləri kimi, onlara seçki prosesində iştirak etmək üçün bütün lazımi şərait yaradılıb.
Lakin bu sözləri ayrı-ayrı partiyalar barədə demək mümkün deyil. Məsələn, Müsavat Partiyası seçkilərə qatılmağa qərar versə də, qurumun bəzi təmsilçiləri inamlı olmadıqlarına görə, tərəfdaşlarını seçki prosesinə qoşulmamağa çağırırlar. Özünü redikül düşərgənin əsas qüvvəsi sayan AXCP isə bütünlüklə seçkilərdən kənarda qalmağa qərar verib. AXCP-nin sədri tez-tez filankəs O.qızının, Qənimət Zahidin və digərlərinin idarə etdikləri inernet televiziyalarından cəmiyyətdəki nüfuzlarından, siyasi proseslərə təsir imkanlarından ağızdolusu danışır. Əgər belədirsə, o zaman Əli Kərimlinin və onun çiyindaşlarının qarşıdan gələn parlament seçkilərində iştirak etməkdən çəkinmələri nə ilə bağlıdır? Əslində, AXCP-nin Ali Məclisində Əli Kərimlinin diqtəsi ilə “seçkilərə qatılmamaq” qərarının verilməsinin izahı üçün hansısa bir səbəb axtarmağa lüzum yoxdur. Bunun yeganə səbəbi AXCP-nin sosial bazasının tamamilə dağılması ilə bağlıdır. Əli Kərimlinin illər boyunca redikül düşərgədə öz bildiklərini etməsi, heç kimlə hesablaşmaması, ən əsası isə Qərbdən gələn qrantları digərləri ilə bölüşmək istəməməsi çiyindaşlarını ondan incik salıb, partiya daxilində yarpaq tökümləri baş verib. Bu gün AXCP-də Əli Kərimlinin ətrafında barmaqla sayılacaq qədər az adam var. Bunun fərqində olan Əli Kərimli üçün seçkilərdə iştirak etməməkdən başqa çıxış yolu qalmayıb və o, yeganə çıxış yolunu seçib. Bu isə artıq Əli Kərimlinin iflası deməkdir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20

