ÜST: Yeni pandemiya dövrü yaşanacağı üzrə narahatlığa əsas yoxdur
21.08.2024 [11:45]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris bildirib ki, bəşəriyyətin COVID-19 kimi yeni pandemiya dövrü yaşanacağı ilə bağlı narahatlığına əsas yoxdur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Harris qlobal araşdırma altında olan və ÜST-nin keçən həftə yayılmasını “beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə hal” kimi elan etdiyi “Mpox” virusu ilə bağlı fikirlərini çatdırıb.
Virusun sürətlə yayılmasının dünya gündəmində olduğunu qeyd edən Harris əlavə edib, “Mpox” virusunun iki genetik növü var. Onun sözlərinə görə, keçən il ortaya çıxan yeni virus növü olan “Clade 1b” çox sürətlə yayılır və xüsusilə uşaqlar arasında ölüm nisbəti yüksəkdir. “Bizi çox narahat edən odur ki, çox sürətlə yayılan virus digər ölkələrdə də qeydə alınıb. Burundi, Ruanda, Uqanda və Keniya buna misaldır”, -deyə ÜST-nin sözçüsü bildirib.
“Mpox” virusunun yeni növü olan “Clade 1b” səbəbindən ölüm nisbətlərinin daha yüksək olduğunu ifadə edən Harris qeyd edib ki, xüsusən münaqişə zəminində məcburi köçkün olan azyaşlı uşaqlar immun sisteminin zəif olması üzündən daha tez-tez yoluxurlar. Onun sözlərinə görə, adi çiçək xəstəliyinə və HİV-ə yoluxmuş şəxslərin “Mpox” virusuna yoluxma və ölüm ehtimalı daha yüksəkdir.
“Mpox” virusunun spesifik müalicəsinin olmadığını qeyd edən Harris bildirib ki, ona qalib gələ biləcək antiviral dərman yoxdur, amma simptomatik müalicə müsbət nəticə verir. Onun sözlərinə görə, virusa yoluxan xəstələrə qızdırmanı aşağı salan və ağrıkəsici dərmanlar verilməli, həmçinin onlar təcrid edilməlidir.
Harris qeyd edib ki, çiçək xəstəliyinə qarşı hazırlanmış peyvəndlər “Mpox”a qarşı da istifadə oluna bilər. O, habelə bu xəstəliklə bağlı karantin rejimi elan etməyə ehtiyac olmadığını deyib. Xəstələrlə təmasda olanlar isə 4 gün ərzində peyvənd olunmalıdır.
“Mpox” virusunun yayılma tendensiyasını izləmək üçün yaxşı laboratoriya diaqnostikasına ehtiyac olduğunu deyən Harris, bu xəstəliyə qarşı mübarizədə cəmiyyətlərin iştirakının vacibliyinə diqqət çəkib. O vurğulayıb: “Biz “Mpox” virusunun bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini istəmirik. Bu, COVID-19-dan çox fərqli bir virusdur, başqa şəkildə yayılır. COVID-19 hava yolu ilə ötürülür, “Mpox” isə çox yaxın fiziki təmasla yayılır. Buna görə də fiziki təmasla bağlı araşdırmalar havada yayılan virusun qarşısını almaqdan daha asandır. Biz bu virusun səhiyyə sistemlərinə yeni təzyiq göstərməsini istəmirik, ona görə də pandemiyanın qarşısını almaq üçün beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edilib”, -deyə ÜST-nin sözçüsü vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

