Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu gün seçki bülletenlərinin DSK-lara verilməsi başa çatdırılacaq

Bu gün seçki bülletenlərinin DSK-lara verilməsi başa çatdırılacaq

26.08.2024 [10:19]

Bu gün seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına (DSK) verilməsi müddəti başa çatır.

Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Sənəddə bu prosesin avqustun 27-dək həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, avqustun 15-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6 milyon 516 min 567 seçki bülleteni çap olunub.

Qeyd edək ki, bu il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar MSK avqustun 24-dən seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təhvil veriləcək.

Paylaş:
Baxılıb: 367 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31