Uğurla keçən şərəfli dövr
30.08.2024 [11:32]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov YAP-ın seçki platforması haqqında ətraflı danışıb, Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan partiyanın ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir bir siyasi qüvvə olduğunu deyib. O, həmçinin YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə istənilən sahədə ciddi nailiyyətlər qazanıldığını və tarixi Zəfərimizin hər kəs üçün milli qürur mənbəyinə çevrildiyini söyləyib.
Daha sonra rayon təşkilatınnı sədri deputatlığa namizəd Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən Mahir Süleymanlı bildirib ki, parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Namizəd Azərbaycanın düşmən üzərindəki tarixi Zəfərindən sonra yeni reallıqların yarandığını, yeni dövr başladığını və bu gün Azərbaycan xalqının formalaşmış yeni reallıqlar fonunda inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
Mahir Süleymanlı deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğruldacağına söz verib.
Tədbirdə təşviqat qrupunun üzvü Şəfiqə Məmmədova və digərləri çıxışlarında deyiblər ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir.
Çıxış edənlər 1 sentyabrda Şabran seçicilərini məntəqələrə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Gəndov kəndində 2017-ci il dekabrın 13-də Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Fizuli Salahovun atası Süleyman Salahovun 40 mərasimində iştirak edib, şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

