Vətən müharibəsinin xronikası: 30 sentyabr
30.09.2024 [12:03]
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
30 sentyabr - müharibənin 4-cü günü
• Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb.
• Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib. Şarl Mişeli Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumatlandıran dövlətimizin başçısı bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir.
• Azərbaycan Ordusu müharibənin dördüncü günü qətiyyətli əks-hücum əməliyyatını davam etdirib. Müdafiə Nazirliyinin məlumatına görə, əks-hücum əməliyyatının başlandığı dörd gün ərzində düşmənin ümumilikdə 2300-dən çox canlı qüvvəsi məhv edilib. Bundan başqa, Ermənistan ordusunun 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən çox avtomobil texnikası sıradan çıxarılıb. Təkcə sentyabrın 30-da Ermənistan ordusunun 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.
• Düşmənin artilleriya atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olub, üç nəfər isə xəsarət alıb. Bununla da Ermənistan silahlı qüvvələrinin xain hücumları zamanı həlak olan mülki şəxslərin sayı 15-ə, xəsarət alanların sayı isə 49-a çatıb. Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

